Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
GünAz TV: İranda 3 milyarda yaxın dövlət əmlakının mənimsənilməsi və bu cinayətdə prezident Mahmud Əhmədinejad tərəfdarlarının şübhəlilər sırasında olması rejimə bağlı qüvvələr arasından da çeşidli vəzifə sahibələrinin tutulmasını ehtimal etməyə əsas verir.
Amma hələ deyəsən, buna hələ bir az var.
Hələlik isə hakimiyyətin başı onu təndiq edənləri və milli haqlarını tələb edənləri tutmağa qarışıb.
Bu ayın əvvəlində İran Mətbuata Nəzarət Şurası “Ruzigar” (Dövran) və “Şəhrvəndi-emruz” («Bu günün vətəndaşı») qəzetlərinin fəaliyyətinə iki aylıq qadağa qoyub. Hər iki qəzet islahat tərəfdarlarına yaxın sayılır. “Ruzigar” gündəlik, “Şəhrvəndi-emruz” həftəlik qəzetdir.
İran informasiya vasitələrinin məlumatına görə, Mətbuata Nəzarət Şurası bu qəzetləri «dövlət quruluşuna qarşı təbliğat aparmaqda, dövlət sirlərini yaymaqda, qanuna zidd materiallar dərc edərək insanların şəxsi hüquqlarını pozmaqda» günahlandırıb.
“Şəhrvəndi-emruz”un adının çəkilməsini istəməyən bir əməkdaşı İranda insan hüquqları üzrə beynəlxalq kampaniya aparan qrupun saytına açıqlamasında deyib ki, qəzetlərin iki ay müddətinə bağlanmasına prezident Mahmud Əhmədinejadın siyasətini tənqid edən yazılar, eyni zamanda “Şəhrvəndi-emruz”da prezidentin iki karikaturasının (karikaturaların birində prezident komandasının (timinin) üzvləri ilə təsvir edilib) dərc edilməsi səbəb olub.
“Şəhrvəndi-emruz” qəzetinin sentyabrın 3-də çıxan nömrəsinin üz qabığında dərc edilən karikaturada Əhmədinejad hökumətinin yalnız hərbçilərdən ibarət olduğu və bu hərbçilərin getdikcə Əhmədinejaddan uzaqlaşdığı, yəni hökumətin getdikcə parçalandığı fikri aşılanır.
BBC-nin farsdilli televiziyası ilə gizli əməkdaşlıqda, ona sənədli film çəkməkdə günahlandırılan 8 kinorejissor - Möhsün Şəhrnazdar, Şəhnam Bazdar, Mehran Zinətbəxş, Muctaba Mir Təhmasib, Hadi Afəridə, Kətayun Şəhabi, Mehrdad Zahediyan və Nasir Səfariyan tutulublar.
Bəzi hüquq müdafiəçiləri kinorejissorların kütləvi həbsini İranın ali rəhbəri ayətullah Xamneyinin siyasi həyatından bəhs edən sənədli filmin bir neçə gün əvvəl BBC-nin farsdilli televiziyasında yayılması ilə əlaqələndirir.
Filmdə İran İslam İnqilabından əvvəl çox da tanınmayan ruhanilərdən ayətullah Xamneyinin inqilabdan sonra Məsləhət Şurasının indiki sədri Haşimi - Rəfsəncaninin yardımı və vasitəçiliyi ilə inqilab rəhbəri ayətullah Xomeyniyə yaxınlaşmasından, onun etimadını qazandıqdan sonra müxtəlif vəzifələrə gətirilməsindən, həmin ərəfədə öz siyasi rəqiblərini meydandan çıxarmasından, Xomeyninin ölümündən sonra mütləqiyyətə söykənən vəliyyi-fəqih (Xamneyinin indiki vəzifəsi belə adlanır)vəzifəsinə gətirilməsindən, sonunda isə ölkədə diktatorluq rejimini möhkəmləndirərək, totalitar sistem yaratmasından bəhs edilir.
Xatırladaq ki, BBC fars redaksiyasının (bölməsinin) rəhbəri Sadıq Səba “Azadlıq” radiosunun fars xidmətinə açıqlamasında əməkdaşlarının İranda tutulması xəbərini təkzib edib.
Sentyabrın 17-də (September) İran Teleradio Şirkətinə bağlı Gənc Jurnalistlər Klubu İranda BBC-nin gizli şəbəkəsinin aşkarlandığını, bu şəbəkə ilə əməkdaşlıq edən 6 İran vətəndaşının tutulduğunu yayıb.
Sadıq Səbanın sözlərinə görə, İranda BBC-nin heç bir əməkdaşı yoxdur: “Əvvəllər İranda BBC-nin ingilis redaksiyasının ofisi fəaliyyət göstərirdi. Lakin 2009-cu ildə keçirilən prezident seçkisindən sonrakı etirazlarda bu ofisi bağlayıb oradakı müxbirləri ölkədən qovdular. Hazırda bizim İranda istər rəsmi, istərsə də qeyri-rəsmi heç bir işçimiz yoxdur.
Əlbəttə, biz BBC-nin İranda fəaliyyət göstərməsini istərdik. Bu barədə dəfələrlə İran hakimiyyətinə müraciət etmişik. Lakin bizim İranda fəaliyyət göstərməyimizə imkan vermirlər”."
BBC-nin isə İranda müxbir məntəqəsi 3 ilə yaxındır yoxdur.
Hələ 2009-cu ilin yayında keçirilmiş prezident seçksindən sonra bu siyasi kampaniyanını rəsmi nəticələrinə cəmiyyət və namizədlər etiraz etdi. Tehran hakimiyyəti etirazçıları xarici dövlətlərə işləməkdə suçlamaqla yanaşı, bir sıra tanınmış radiostansiyaları da ölkədə «pozuculuq» fəaliyyati ilə məşğul olmaqda qınadı. Hətta televiziya vaistəsi ilə «etiraf edənlər» onları kütləvi etiraz nımayişlərində çıxışa Bi-Bi-Si, «Alman dalğası», «Amerikanın səsi» və «Azadlıq» radiolarının təhrik etdiyini bildirdilər.
Urmiya gölünün qurumasına Tehran hakimiyyətinin laqeyd münasibətinə etiraz aksiyalarında tutularaq,haqqı tapdananları müdafiə etməyən,Nobel mükafatçısı Şirin İbadi İranla bağlı başqa məsələlərdə öz münasibətini bildirir.
O, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şahidə məktub yazaraq, bu ölkədə hüquq müdafiəçilərinin kəskin təzyiq altında olduğunu yazaraq, işindən və peşəsindən məhrum edilən belə şəxslər hər an təhlükə ilə üz-üzə qalırlar: “İranda inqilab məhkəmələrinin çıxardığı hökmlərdən bəlli olur ki, bu ölkədə insan hüquqları uğrunda aparılan hər hansı fəaliyyət ağır cinayət sayılır. Məhz buna görədir ki, hüquq müdafiəçilərini tutub cəzalandırırlar”.
Şirin İbadi “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında Əhməd Şahidə yazdığı məktubundan danışıb: “Əhməd Şəhidin vəzifəsi ondan ibarətdir ki, İranda insan hüquqlarının pozulması hallarını diqqət mərkəzində saxlayaraq bu barədə dəqiq hesabat hazırlayıb, BMT Baş Məclisinə və BMT-nin İnsan Hüquqları Şurasına təqdim etsin. Mən ondan xahiş etmişəm ki, öz vəzifəsini layiqincə yerinə yetirsin. Çünki bu hesabat İranın insan hüquqları sahəsində beynəlxalq qurumlar və dünya ictimaiyyəti qarşısında cavabdehlik daşımasına gətirib çıxara bilər”.
Şirin İbadi Ə.Şahidə məktubla müraciət etsə də, Güney Azərbaycandan olan hüquq müdafiəçiləri isə onunla görüşüb. Bir müddət öncə onu Güney Azərbaycanın ictimai fəalları Urmiya gölündəki vəziyyəti yerində görmək üçün Urmiyaya dəvət etmişdi.
Xatırladaq ki, bu ilin iyununda BMT-nin İnsan Haqları üzrə Şurası Maldivinin keçmiş xarici işlər naziri Əhməd Şahidini İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçisi təyin olunub. Ancaq Tehran hakimiyyəti onu ölkəyə buraxmaqdan imtina edib.
İnsan Hüquqlarını Müdafiə («Human Rayts Votç») beynəlxalq təşkilatı sentyabrın 11-də bəyanat yayaraq Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə qarşı dinc etirazlarda yüzlərlə azərbaycanlının tutulmasını pisləyib.
“Human Rayts Votç”un Orta Şərq departamentinin direktoru Co Stork jurnalistlərə açıqlamasında deyib ki, İran hökuməti dinc etirazlarda tutduğu yüzlərlə azərbaycanlını dərhal azadlığa buraxmalıdır: “İran rəsmiləri Qərbi Azərbaycanda Urmiya gölünün qurumasına və hakimiyyətin bu yöndə siyasətinə qarşı dinc etirazlara icazə verməlidir. İran hakimiyyəti Urmiya gölünün qurumasına dinc şəkildə etiraz bildirən yüzlərlə azərbaycanlını həbsə salıb. Biz İran hökumətini həmin şəxsləri dərhal azadlığa buraxmağa və onların dinc toplantıların keçirilməsi ilə əlaqədar hüquqlarına riayət etməyə çağırırıq.
Təəssüflər olsun ki, İran rəsmiləri Urmiya gölünün quruması ilə bağlı bundan əvvəl istər Azərbaycanda, istərsə də İranın digər yerlərində edilən xəbərdarlıqlara məhəl qoymayıblar. Onlar tənqidə nə qədər dözümsüz olduqlarını bir daha nümayiş etdiriblər».
Hər gün yeni həbs olunan və ya girov qarşılığında sərbəst buraxılanlar haqqında məlumatlar yayılır.
Ötən həftə Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, jurnalist və hüquq müdafiəçisi İbrahim Rəşidi (Savalan) Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etirazlara görə tutulub.
ETTELAAT-ın Xiyavdakı (Meşkinşəhr) şöbəsinin əməkdaşları İbrahim Rəşidini sentyabrın 12-si axşam saatlarında atasının mənzilindən aparıblar. Evdə axtarış aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb.
4 həftə əvvəl İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə tutulan 15 azərbaycanlı fəal barədə həbs qərarı çıxarılıb.
ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları avqustun 24-də azərbaycanlı fəal Mustafa Əvəzpurun evində verilən iftara müdaxilə edərək ən azı 30 fəalı tutmuşdu.
Təbriz məhkəməsi iftar süfrəsində tutulan İlqar Kərimi, Əhməd Əlizadə, Əli Şirnak, Məhəmməd Əlimuradi, Yasər Salmani Rzayi, Abdulla Səduqi, Mustafa Əvəzpur, Fərzad Məhdəvi, Yusif Sələhşur, Mehdi Mühaciri, Qadir Novruzi və adları hələlik bilinməyən daha 4 fəalın hər birini 4 ay müddətinə həbsə məhkum edib.
Onlar ölkənin «milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz toplantılara qatılmaqda» günahlandırılıblar.
Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd yanaşmasına qarşı Təbrizdə keçirilən etiraz aksiyalarına görə tutulan azərbaycanlı fəal Səid İbrahimzadəyə işgəncə verilib.
Təbriz zindanının təcirdxanasında saxlanılan Səid İbrahiminin ailə üzvləri Güney Azərbaycandakı hüquq müdafiəçilərinə bildiriblər ki, zindan məmurları fəalı iki gün ac saxlayıb və döyüblər.
Şallaq zərbələri nəticəsində daxili orqanlarında qanaxma əmələ gələn təbrizli gəncin səhhəti ağırdır.S.İbrahimiyə qarşı irəli sürülən ittiham məlum deyil.
Urmiya gölünün qurumasına qarşı Təbrizdə keçirilən aksiyalara qatılıdığı üçün həbs edilən azərbaycanlı şair, jurnalist, tərcüməçi Fəranək Fəridə zindanda işgəncələr verilib.
Onunla eyni kamerada saxlanan məhbus azadlığa çıxandan sonra İran Hüquq Müdafiəçiləri Xəbər Agentliyinə (HRANA) bildirib ki, təbrizli qadın zindanda vəhşicəsinə döyülüb. Bu azərbaycanlı ziyalı xanımın qulağından ciddi xəsarət aldığı, eşitmə qabiliyyətində problem yarandığı bildirilir.
ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Fəranək Fəridi sentyabrın 3-də tutub. Təbriz zindanında saxlanan məhbusun konkret suçu bəlli deyil.
Son iki həftədə edamlar da davam edib. 5 gün öncə 23 nəfər aslılıb(15-i Türbət şəhərində «Cam» zindanında, 5-i Simnanda, 3 isə Qumda ).
Bundan başqa 4 nəfər ölkənin cənubunda Kirman şəhərindək həbsxanda edam olunub.
Sentyabrın 18-də Kərəc şəhərinin «Qızıl hasar» zindanında asılan 7 nəfərin siyasi motivlərlə ölümə məhkum olunduğu haqda xəbərlər yayılıb.
Dar ağacına asılanların demək olar ki, heç birinin adları açıqlanmır. Məhkəmələri isə qapalı keçdiyindən onların təqsirli olması da hüquq müdafiəçilərində şübhə doğurmaqdadır.
Bəzi mənbələrin bildirdiyi nə görə, ötən il İranda 179 nəfər asılmışdısa, bu ilin ilk 8 ayında edam edilənlər 184 nəfərdir.Onu da nəzərə almaq lazımdır ki,barələrində edam hökmü çıxarılmışların, yaxud edam olunmuşların hamısının adı açıqlanmır.
Sədrəddin Soltan
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir