Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi və İdarə Heyətinin üzvü, tədqiqatçı-yazar Ceyhun Bayramlıdır.
- Ceyhun müəllim, ilk öncə sizi bu günlərdə çapdan çıxan “Babək və Hürrəmilik” kitabına görə təbrik edirik. Ümumiyyətlə, bu əsəri indiyə qədər Babəklə bağlı yazılan əsərlərdən nə fərqləndirir?
- Bu əsər ilk növbədə xilafət dövrü saray tarixçilərinin və XX əsr sovet (keçmiş Şurəvi) tarixşünaslığının “Babək İslama qarşı vuruşub və kafir olub” fikrinin puç olduğunu, Babək və onun ətrafında mübarizə aparmış Hürrəmilərin imanlı müsəlmanlar olduqlarını elə həmin ərəb-fars tarixçilərinin mənbələri əsasında sübut edir. Daha sonra, bu əsər indiyədək sözügedən mövzuda yazılmış əsərlərdən fərqli olaraq, Abbasi xanədan mənsublarının özlərinin İslamın təməl prinsiplərinə (əsl, ilkə) daban-dabana zidd siyasət yürütdüklərini, İslamı kökündən sapdıran ideologiyaya (Mötəziliyyə) malik olduqlarını, İslam bayrağından sui-istifadə edərək ərəb işğalına yol açdıqlarını, İslamı sidq-ürəklə qəbul etmiş Azərbaycan türklərini zülmə məruz qoyduqlarını, eyni zamanda, Babəkin İslami düşüncəsinin də xilafətçilik düşüncəsinə zidd olub ruhaniyyətə, ilahi hikmətlərə, sufi yoluna bağlı olduğunu ortaya qoyur. “Babək və hürrəmilik” əsərinin əsas qayəsi Hürrəmilik hərəkatının başlıca məqsədinin Azərbaycanda Abbasi xilafətindən asılı olmayan müstəqil Türk-İslam dövlətinin qurulmasını ictimaiyyətə göstərməkdir. Düşünürəm ki, uzun yüzilliklərdən sonra bu gün bizim Babək şəxsiyyəti barədə gerçəkləri ortaya qoymağımıza, ona edilmiş tarixi haqsızlığı aradan qaldırmağımıza çox ideal bir şərait və zəmin yaranıb, bu fürsətdən mütləq istifadə olunmalıdır.
- Hürrəmilik hərəkatının fəlsəfi-ideoloji mahiyyətində nə dururdu və hərəkat əsas mayasını nədən götürmüşdü? Xüsusilə, bu hərəkatın Azərbaycanın sonrakı tarixi dönəminə nə kimi təsir olub?
- Hürrəmilik hərəkatının dini-fəlsəfi və ideoloji yönümü İslamın batiniyyə qoluna yaxın olmaqla, özündən sonrakı dövrlərin Sufilik, Hürufilik və Qızılbaşlıq düşüncəsini özündə ehtiva edirdi. Adlarını çəkdiyim bu cərəyanların dini-fəlsəfi və ideoloji baxış açısı əsərdə müxtəlif tarixi məxəzlərin məlumatları və əlbəttə ki Quran ayələri əsasında, Hürrəmiyyə cərəyanının ideoloji baxış açısı ilə tutuşdurularaq eyniləşdirilir. Hərəkatın əsas ideoloji mayasını isə İbrahim peyğəmbərin Təktanrıçılıq düşüncə sisteminə əsaslanan Qam dünyagörüşü təşkil edirdi. Və miladdan öncəki bu ilahi dünyagörüşünü tarixən yolundan sapdırmaq və məhv etmək istəyən yad qüvvələr eramızın IX əsrində Babək və hürrəmiləri özlərinə hədəf seçmişdilər. Sualınızın ikinci hissəsinə gəlincə, Hürrəmilik hərəkatı nəticə etibarilə Azərbaycan türklərinin daha böyük əzm və qətiyyətlə zülmə qarşı birləşməsinə, uzun mücadilələrdən sonra Sacoğullarının timsalında öz müstəqil türk-islam dövlətini qurmasına gətirib çıxardı.
- Oxucularımızı ən çox düşündürən suallardan birini vermək istərdim: Babək şəxsiyyəti türk dünyası üçün kimdir və onu türk dünyasında necə qəbul edirlər?
- Babəkin dünənəcən sadəcə bir üsyançı-inqilabçı olması barədə yayılmış fikirlər yarımçıq və özünü doğrultmayan fikirlərdir. Babək təkcə zülmə qarşı cihada qalxmış bir üsyançı yox, eyni zamanda, türk dünyasında ilk Türk-İslam dövlətinin qurucusu olan bir hökmdardır. Dünənəcən türk dünyasında ilk türk-müsəlman dövləti olaraq Qaraxanlılar qəbul edilirdi, sonra milli düşüncəyə sahib tarixçimiz Kərəm Məmmədov və digərləri ilk türk-müsəlman dövlətinin Azərbaycanda IX əsrin ikinci yarısından etibarən mövcud olmuş Sacoğulları (Sacilər) dövləti ola biləcəyi fikrini faktlarla (əsaslar) ortaya qoydular. Bu günsə Babək hərəkatını tədqiq etdikdən sonra çəkinmədən demək olar ki, dünya tarixində ilk türk-müsəlman dövləti Babəkin qurduğu və 22 il ərzində hökmdarı olduğu Azərbaycan dövlətidir. Mənbələrdə bunu isbatlayacaq yetərincə fakt vardır. Mən Babəkin Türk dünyasında məhz bu cür qəbul edilməsinin tərəfdarıyam. Babəkin apardığı Ruhi Savaş onun təkcə bir hökmdar yox, eyni zamanda, bir Tanrı Əsgəri olduğunu söyləməyə əsas verir. Babək zirvəsi öz-özlüyündə bu gün dünya tarix elmində adları çəkilən Hannibal, Uilyam Uollas kimi tarixi şəxsiyyətlərin hər birindən qat-qat yüksək bir zirvədir. Bu mənada bütün Türk dünyası özünün bu cür tarixi şəxsiyyəti ilə fəxr etməlidir.
- Sizcə, xəlifə Mötəsim digər türk sərkərdəsi olan Aşfin Hidr İbn Kavusu Babəkin üzərinə göndərməklə türkü türkün əli ilə məğlub etmək istəyirdi, yoxsa burada hələ də bizə məlum olmayan başqa qaranlıq məqamlar var?
- Təəssüf ki, tarixin bir çox dönəmində olduğu kimi, həmin dövrdə də Türk soyunun mənsubları arasında yad imperiyalara xidmət etməklə özlərinə karyera (vəchə) quranları tapılmışdır. Məgər bu günkü İranda buna bənzər bir durum yoxdurmu? Afşin Hidr ibn Kavus da bunlardan biri idi. Babəkin oğluna ünvanladığı “bir gün azad yaşamaq qırx il qul olmaqdan üstündür” fikrindəki “qul” sözü məhz Abbasi xəlifəsinin qulu olmağı özünə şərəf və fürsət bilən Afşin Hidr ibn Kavus, Buğa, Əşnas, İtax kimi türk sərkərdələrini ifadə edirdi. Türk Babəkin və Hürrəmilərin öhdəsindən isə, əlbəttə ki, onlardan qat-qat cılız düşüncə və dərketməyə malik olan hansısa ərəb yaxud pers sərkərdəsi gələ bilməzdi. Biabırcasına məğlub edilmiş bir neçə xilafət sərkərdəsinin acı aqibəti xəlifə Mötəsimə bunu başa salmışdı. Ümumən isə mənim fikrimcə, tarixən türkü türkə, yəni onun özündən olan birisinə qarşı qoymaq ərəb düşüncəsinin məhsulu deyil, bunun örnəklərini biz hələ miladdan öncəki Azərbaycan Maday dövlətinin çöküşü zamanı görə bilirik. Abbasi xəlifələri bu düşüncəni məhz həmin anti-türk qüvvələrin xələfləri olanlardan götürmüşdülər.
- Babəkin etnik mənşəyi haqqında müxtəlif fikirlər bildirilir. Tarixi mənbələr bu haqda nə deyir?
- Bu gün Babəkin guya qeyri-türk olması ilə bağlı cəfəng iddialar irəli sürənlərin fikirləri heç bir tarixi mənbə məlumatına söykənmir və onların cılız təxəyyüllərinin məhsulu olmaqla tamamilə əsassızdır. Ümumiyyətlə, mənbələrdə Babəkin milli kimliyi açıq və konkret şəkildə yazılmayıb, sadəcə onun Ərdəbil yaxınlığındakı Bilalabad kəndindən olduğu qeyd olunub, bununla yanaşı, müxtəlif hadisələr zamanı, ayrı-ayrı epizodlarda(səhnə) Babəkin öz dilində söylədiyi ifadələr, fikirlər açıq şəkildə yer alıb, bunlara əsasən tam əminliklə demək mümkündür ki, Babək təmizqanlı bir Azərbaycan türkü idi və İslamın şəriət sisteminə əsaslanmayan sufi-qızılbaş yolunun yolçusu idi, buna heç bir şübhə ola bilməz.
Söhbətləşdi: Elnur Eltürk
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir