SON XƏBƏRLƏR

“Traxtur-İstiqlal” müsabiqəsindən sonra Tehranda tutuqlanan “Traxtur” tərəfdarlarının əksəri azadlığa buraxılıb

2021.10.20, 07:36
“Traxtur-İstiqlal” müsabiqəsindən sonra Tehranda tutuqlanan “Traxtur” tərəfdarlarının əksəri azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Tehranın azadi stadionunda (stadiom), “Traxtur-İstiqlal” müsabiqəsindən sonra kütləvi şəkildə tutuqlanan “Traxtur” tərəfdarlarının əksəri 3 gün saxlanıldıqdan sonra azadlığa buraxılıblar.

 

Sentyabrın 10-u (şəhrivərin 19-u) İran və Güney Azərbaycanın müxtəlif bölgələrindən Tehrana gələn “Traxtur” tərəfdarları “Traxtur-İstiqlal” müsabiqəsindən sonra Təhlükəsizlik qüvvələri tərəfindən kütləvi şəkildə həbs edilmişdilər. Onların sayı 300 nəfər təxmin edilir.

 

Məlumata görə, tutulanlardan bir neçəsi sorğu-suala tutulmaq məqsədi ilə evin zindanına intiqal edilsədə, onların böyük əksəriyyəti azadlığa buraxılıb.

 

Azadlığa buraxılanların dediyinə görə, qısa müddətdə onlara əzab-əziyyət verilib. Onların çoxu döyülüb və ac saxlanılıblar.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar