SON XƏBƏRLƏR

Təbrizli çempion elektrik vurması nəticəsində ölüb

2022.04.04, 11:00
Təbrizli çempion elektrik vurması nəticəsində ölüb

Gunaz.tv

1992-ci ildə anadan olan və cüdo üzrə dəfələrlə İran çempionu olan Arəş Ağayi Asiya yarışlarında üçüncü yeri tutmuşdu.

O, bununla yanaşı dünya çempionatında da müxtəlif medallar qazanaraq Güney Azərbaycanda idman sahəsində tanınan simalardan biri sayılırdı. 

Qeyd edək ki, İranın İdman Nazirliyi tərəfindən haqsızlıqlarla üzləşən güneyli idmançı Təbrizdə çörəkçi kimi fəaliyyət göstərmək məcburiyyətində qalmışdı.

Arəş Ağayi 2018-ci ildə Azərbaycan Respublikasının cüdo komandasına qoşulub və iki il müddətinə Azərbaycan Respublikasının cüdo üzrə milli komandasında təmsil olunub.

O, bir neçə dəfə mediaya verdiyi açıqlamada İran hökumətinin gənclər və idmanla bağlı siyasətini tənqid etdiyi üçün bir çox məhdudiyyətlərlə üzləşib.

İdmançının ölümü ilə bağlı güneyli sosial media fəalları etdikləri paylaşımlarda onun həyatını itirməsini şübhəli adlandırıb, idmançıya qarşı sui-qəsd ehtimalının araşdırılmasının istəyiblər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar