SON XƏBƏRLƏR

İranda Qaşqay türkləri doğma yurdlarından zorla köçürülür

2022.05.10, 04:12
İranda Qaşqay türkləri doğma yurdlarından zorla köçürülür

Gunaz.tv

Təxminən 3 milyondan çox əhalisi olan və ən böyük türk toplumlarından sayılan Qaşqay türkləri son vaxtlar ənənəvi köçlərində ciddi maneələrlə üzləşiblər. Hökumət onları yeni həyat tərzlərini qəbul etməyə, maldarlıq işini buraxmağa və çoxəsrlik mədəniyyətlərindən uzaqlaşmağa məcbur edib.

İran hökuməti Qaşqay türklərini şəhərlərdə yerləşdirmək və onları asimilyasiya  cəhdlərini davam etdirir. Onların əksəriyyəti şəhərlərdə yaşasa da, əhalinin 10 faizi hələ də köçəri mədəniyyətlərini qoruyub saxlaya biliblər.

Qeyd edək ki, son vaxtlar Qaşqay türkərinin yaşadıqları bölgədən köçmələri üçün onlara sistemli təzyiqlər göstərilir.

Son bir ay ərzində İsfahanın Səmirom bölgəsində qaşqaylara məxsus yaşayış yerləri dağıdılıb və onlara bölgəni tərk etmək barədə xəbərdarlıq edilib.

İranın cənub və mərkəzi bölgələrində yaşayan qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdən ibarətdir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Onlar yüksək dağlıq ərazilərdə yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar. 

Timur
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar