SON XƏBƏRLƏR

Fransa Xarici İşlər Nazirliyi: "İranın danışıqlar üçün vaxtı bitir"

2022.07.13, 09:36
Fransa Xarici İşlər Nazirliyi: "İranın danışıqlar üçün vaxtı bitir"

Gunaz.tv

"İran İslam Respublikası danışıqları gecikdirməklə və vaxt udmaqla uranın zənginləşdirilməsi proqramlarını sürətləndirib.

İran üçün yaranmış bu fürsət bir neçə həftədən sonra bağlanacaq və indi masada olandan daha yaxşı sövdələşmə olmayacaq"-deyə, xarici işlər naziri bildirib.

Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru iyulun 12-də "Amerikanın səsi"nin fars bölməsinin müxbirinə Amerika pezidentinin diplomatiyanı irəliyə doğru ən yaxşı addım hesab etdiyini bildirib.

O,  İranın nüvə silahı əldə edəcəyi təqdirdə Yaxın Şərqdə heç bir problemin asanlıqla həll olmayacağını deyib.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar