SON XƏBƏRLƏR

Zahidanda silahlı hücum- 11 bəluc öldürüldü

2026.11.28, 11:23
Zahidanda silahlı hücum- 11 bəluc öldürüldü

İranın Sstan və Bəlucistan əyalətinin Zahidan şəhərində mənzillərdən birinə silahlı hücum nəticəsində 11 nəfər həlak olub.

Gunaz.tv

Bu haqda Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Noyabrın 24-ü gecə saatlarında naməlum silahlı şəxslərin basqını nəticəsində həlak olanların Pakistan hökumətinə müxalif "Bəlucistan Azadlıq Ordusu"nun üzvləri olduu bildirilib.

Bəzi mənbələrin iddiasına görə, silahlı şəxslər İran İslam Respublikasının əməkdaşlığı ilə "Bəlucistan Azadlıq Ordusu" olduğu yerə basqın edərək onları öldürüblər.

Öldürülənlərdən beşinin kimliyi müəyyənləşdirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar