İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
"1967-ci ildə YUNESKO tərəfindən qoruq elan olunan, həmçinin qorunan təbii ərazilər sırasına daxil edilən, lakin çox təəssüf ki, hər gün dünyanın gözü önündə quruyaraq, tarixə qovuşan Urmiya gölünün taleyi sual altındadır. Urmiya gölünün quruması təkcə onun ətrafı üçün deyil, eyni zamanda İran və Azərbaycan, bütövlükdə bəşəriyyət üçün çox böyük bir faciədir.
Bəşəriyyət üçün təhlükə olan bu problem barəsində xeyli sənəd imzalansa da, qərarlar yalnız kağız üzərində qalmaqdadır.
Ətraf ərazilərdə yaşayan, əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalinin ürək ağrısı ilə dilə gətirdiyi Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir.
Dünyanın ən duzlu üçüncü gölü olan və daha çox soydaşlarımızın məskunlaşdığı bölgələrdə ekoloji böhranın dərinləşməsinin qarşısını alan Urmiya gölünün quruması prosesinin hələ də davam etməsi AY Partiya olaraq bizdə də ciddi narahatlıq yaradır.
Təkzibolunmaz əsaslar var ki, göl təbii hadisələr fonunda qurumur, əksinə inzibati-fiziki müdaxilələrlə qurudulur. Belə ki, gölü su ilə təmin edən bir çox çayda qurulan bəndlər gölün suyunun kritik həddə azalmasına səbəb olub. 2003-cü ildən başlayan süni su azaldılması prosesi Urmiya gölünü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üz-üzə qoydu.
Qeyd edək ki, Urmiya gölünün ərazisi 5960 kvadrat kilometrdir. Əvvəllər göldə 32 milyon kubmetr su var idisə, indi həmin rəqəm 3 milyon kubmetirə enib".
Bəyanatda qeyd edilir ki, hər iki vilayətin mərkəz şəhərləri Urmiya və Təbriz arasında asan əlaqə yaratmaq üçün 2007-ci ildə inşa edilən 14 kilometr uzunluğunda körpü gölü ikiyə ayırır və gölün hər iki tərəfindəki suyun sirkulyasiyasının qarşısını alır.
Mütəxəssislər gölün qurumasında bu körpünün əsas amillərdən biri olduğunu bildirirlər.
Urmiya gölünün quruması məhz bundan sonra sürətlənib.
AY Partiya bəyan edib ki, məsələ ilə bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında müxtəlif qurumlar tərəfindən dəfələrlə etiraz aksiyaları keçirilsə də, İran hökuməti indiyədək ciddi tədbir görməyib:
"Əksinə, rəsmi Tehran tərəfindən bu prosesə İran ərazisində və İrandan kənarda etiraz edənlər siyasi və fiziki təqiblərə məruz qalır, həbs edilir, fəalların gözünün qorxudulması üçün müxtəlif işgəncələr tətbiq olunur.
Dərin təəssüf hissi ilə bildirək ki, hər il il olduğu kimi, bu il də iyulun 16-da rəsmi Tehranın Urmu gölü ilə bağlı qəddar və qəbuledilməz siyasətinə etiraz edən 13 fəal haqsız yerə İran polisi tərəfindən saxlanılıb.
16 iyun 2022-ci il tarixində keçirilən dinc etiraz aksiyasında İran polisi tərəfindən saxlanılanlar:
Huşənq Nəqizadə
Mikayıl Qolipur
Əmir Rzaabadi
Həmid Əkbərzadə
Rza Əkbərzadə
Həmid Purvəli
Yunis Məhmud
Calal Dehqani
İslam İmani
Məhəmməd Mostəfai
Həkimə Əhmədi
İbrahim Azəroğlu
Vəli Zohrabi"
Sənəddə bildirilir ki, Güney Azərbaycanın şərqində təbii ekoloji tarazlığın qorunub saxlanmasında ciddi əhəmiyyətə malik Urmiya gölü son illərdə İran hakimiyyətinin apardığı məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsilə qarşı-qarşıya qalıb:
"Ehtimal olunur ki, bu siyasəti şərtləndirən əsas maraq həmin bölgənin Azərbaycan türklərindən ibarət çoxluğunun öz əzəli, tarixi və dədə-baba yurdlarını tərk etməsinə nail olmaqdır. Proses sürətlə getməsə də, artıq yaranmaqda olan təbii fəlakəti nəzərə alan bir çox insanın regionu tərk etməsi müşahidə olunur.
Gölün quruması ilə ekoloji tarazlıq pozulub, bunun nəticəsində əkinçilik və maldarlıqla məşğul olan yerli əhali İranın müxtəlif bölgələrinə köçməyə məcbur olub. İstənilən Güney azərbaycanlı ilə bu barədə söhbət edəndə onları qəhər boğur, kövrəlirlər, ən xoş anların yaşandığı gölün barəsində xatirə kimi danışmağı qəbul edə bilmirlər.
Mütəxəssislər ciddi tədbirlər görülməyəcəyi halda gölün yaxın 15 ildə yer üzündən silinəcəyi barədə xəbərdarlıq edirlər. Nəticədə Urmiya gölünün ətrafındakı böyük ərazilərin tamamilə səhraya çevrilməsi, müxtəlif ekoloji, sosial, humanitar və təsərrüfat planlı problemlərin yaranması qaçılmaz olacaq.
Urmiya gölünün yerləşdiyi coğrafi ərazi Azərbaycan türklərinin ən çox yaşadığı bölgə olduğu üçün Azərbaycan Respublikasının vətəndaşları və cəmiyyəti olaraq, bizim bundan narahatlığımız təbii qarşılanmalıdır".
Azərbaycan Yüksəliş Partiyası bəyanatda İran İslam Respublikasını Urmiya gölü ilə bağlı həyata keçirdiyi məcburetmə siyasətindən əl çəkməyə, gölün su təminatının həyata keçirilməsi üçün gölə axan çaylar üzərində bəndləmələrin dayandırılmasına, göl üzərində olan körpü ilə bağlı ekspertlərin tövsiyələri əsasında önləyici addımlar atmağa çağırıb.
"Urmiya gölünün qurudulmasına etirazdan dolayı həbs edilən ictimai fəalları, o cümlədən 16 iyul 2022-ci il tarixində keçirilən dinc aksiyada İran polisi tərəfindən saxlanılan 13 nəfər soydaşımızı dərhal azad etməyə çağırırıq.
Məlumat üçün bildirək ki, Azərbaycan Yüksəliş Partiyası olaraq Cənubi Azərbaycanla, o cümlədən Urmiya gölü ilə bağlı məsələləri yaxından izləyirik, bundan sonra da izləməyə davam edəcəyik.
Azərbaycanın ictimai-siyasi təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, medianı bu məsələdə aktiv olmağa, soydaşlarımıza qarşı İran hökumətini məcburetmə siyasətindən daşındırmaq üçün imkanlarını səfərbər etməyə çağırırıq!"-deyə, sənəddə bildirilir.
Ayxan
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN