Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
Yeni bir türk dövləti qurulur- Ukrayna ilə anlaşıldı
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Güney azərbaycanlı gənc edam hökmünün icrası təhlükəsi ilə üz-üzədir
Müraicətdə deyilir: "Azərbaycanımızın gələcəyini yetişdirən əziz valideynlər! Yeni tədris ili yaxınlaşır. Haqlı olaraq, yeni tədris ilini bayram kimi qeyd edirik. Xüsusilə birincilər, onların valideynləri üçün bu tarix çox önəmli, əlamətdar olur.
AY Partiya olaraq sizi xeyli əvvəlcədən təbrik edirik! Xeyli əvvəldən təbrik etməyimizin səbəbi təbriklə bərabər, bəzi mesajlarımızı da sizə çatdırmaq istəyimizdir. Çünki sizin də bildiyiniz kimi, artıq məktəbə qəbul prosesi başlayıb. Çağırışımız da bununla bağlıdır, səmimi və önəmli, vacib məsələ kimi qəbul edəcəyinizə inanırıq.
Əziz valideynlər, gəlin məktəblərimizə xarici dil hazırlığı kursu kimi yanaşmayaq!
“Hər kəsin dilini öyrənəcəyəm”, “Hər kəslə öz dilində danışacağam” deyərkən öz dilimizi unutmayaq.
Latın dilinə baxaraq, latın xalqına heyifsilənən təəssübkeş azərbaycanlılar! Artıq bizi də tarixin səhifələrində ilişib qalan həmin o mütərəqqi xalqın taleyi gözləyir.
Əziz valideynlər, zaman-zaman hər birimiz belə bir ifadə işlədirik: "Ot kökü üstə bitər". Milli keçmişimizdən gələn, milli dərrakəmizi, düşüncəmizi əks etdirən və doğma ana dilimizdə bizə çatan bu ifadəni sadəcə deyib, keçməyək. Öz ruhumuzla nə dediyimizi düşünək. Düşünən zaman mütləq anlayacağıq ki, anasının şirin laylasından qoparılaraq, bağçada, məktəbdə dayanmadan “skazka”, “poem” öyənməyə məcbur etdiyimiz fidanlarımız nə qədər ucalsa da, əzəmətindən yıxılacaq, ucaldığı yüksəklikdən yıxılacaq.
Bir dil onu daşıyan xalqın, bu xalqın təfəkkürünün, mədəniyyətinin, tarixinin daşıyıcısıdır. Yəni uşağımız ilk vərdişlərini hansı dildə alsa, o təkcə həmin dilin daşıyıcəsına deyil, həmin xalqın mədəniyyətinin tarixinin daşıyıcısına, bir parşasına çevrilir. Bu dövlətimiz üçün real təhlükədir.
Unutmayaq ki, dilin fikri doğru ifadə etməsi üçün beynin milli zəmində doğru proqramlaşması lazımdır. Dil milli olmalıdır, doğma olmalıdır. Yad bir dil beyni də yadlaşdırır, kökündən qoparır və selə qapılıb gedir. Xalqına, millətinə aid dildə danışan uşaq beyni doğma ilə yad arasındakı uçurumda qalmır.
Bəlkə də, Cəlaləddin Ruminin “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol” ifadəsi bizim cəmiyyət olaraq, yaratdığımız bu eybəcər mənzərəyə üsyan etmək üçün yazılıb. Biz başqa dildə düşünərkən olduğumuz kimi necə görünə bilərik?!
Tolstoyun “Anna”sının hisslərini, Çexovun “Gözətçi Nikita”sının məhv olmuş arzularını, Markesin “Patriarxı”nın hüznlü payızını, Hüqonun "Səfillər"ini anlamaq üçün bu müəllifləri öz dilindən oxumaq, hər sözün, hər ifadənin kontekst mənasını anlamaq çox önəmlidir, amma Sabirin “Orucu tutdum Ramazanda” misrasındakı tablonu görmək daha vacibdir.
Anlamalı idik ki, çox halda “ağız əymək”, başqası kimi görünmək üçün sonunu bilmədiyimiz palçıqlı yola çıxarkən çəkmələrimizi unutmuşuq, yolda tapdığımız “sapoşki”lərə isə qıymadığımız üçün ayağımıza geyinib, sağlam addım ata bilmirik.
Ana dili milli-strateji məsələdir, təhsil milli təhlükəsizlik sahəsidir; onu başqa millətlərin və dövlətlərin təsirinə məruz qoymaq millətin və dövlətin gələcəyini bilərəkdən təhlükəyə salmaqdır.
İnanırıq ki, siz də bu təhlükəni artıq duyub doğru qərar verəcəksiniz. Bizi yetişdirən bayatılarımızı, fəlsəfi düşüncəmizi formalaşdıran şeirlərimizi, xəyal qurmağı öyrədən nağıllarımızı, kim olduğumuzu anladan dastanlarımızı, yuxumuzda belə bizi qızıl güllər içində ovutmaq istəyən analarımızı yada salaraq, övladlarımızı rus, ingilis bölməsinə, xarici dilli məktəblərə qoymayaq.
Cəmiyyət olaraq bizə nəinki rus dili, hətta fars dili, erməni dili, ingilis dili, çin dili və s. də lazımdır. Bir dil bir insan deməkdir. Deməli nə qədər çox dil bilsək, o qədər çox insan qazanmış olarıq. Dil öyrənmək cəmiyyətin iki addım irəli getməsi deməkdir. Dil öyrənmək çox önəmlidir. Bizim cəmiyyətin əcnəbi dil bilməsi bizi ancaq sevindirə bilər. Lakin təhsilin milli dildə olması çox vacibdir. Biz cəmiyyət olaraq idrak etməliyik ki, uşağımızı hansı millətin dilində oxutsaq, o millətin kültürünün daşıyıcısı olacaq.
“Hər kəsin dilini öyrənəcəyəm”, “Hər kəslə öz dilində danışacağam” deyərkən öz dilimizi unutmayaq. Biz partiya olaraq əcnəbi dillərə qarşı deyilik, hətta bu təşəbbüs üçün valideynləri dəstəkləyirik, ancaq dil öyrənmək başqa, təhsili başqa dildə almaq başqa...
Gəlin toylarımızda hamımız birlikdə “Heyvagülü”nə, “Baş Sarıtel”ə oynayaq, dərdlənəndə Cavidin Sibir sürgünü zamanı ayaqqabılarına yapışan ayaq dərisini düşünək, utananda həm də Xocalıda qarnı deşilən hamilə qadını yada salaq, qürurlananda Teymurla Bəyazidin "Avrasiyaya sahib bir kor, bir topal" hekayəsini xatırlayaq və heç bir halda kim olduğumuzu, nələrə qadir olduğumuzu unutmayaq!"
Ayxan
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
Türkiyədə ev alan iranlıların sayı açıqlandı
İranda 84 qadın yaxınları tərəfindən öldürülüb
“The Jerusalem Post”: İranda rejim dəyişikliyini necə həyata keçirmək olar? — Rəy
Polis Bəndər Abbasda mülki şəxsləri güllələdi
İran parlamenti Müctəba Xameneinin Kəşfiyyat Nazirliyinə birbaşa nüfuzunu artırmağa çalışır
Kərkükdə valilik yenidən türkmənlərə əmanət edilir
Təbrizdə hava çirkliliyi artdı
Tramp gələn həftə Çində keçiriləcək üçtərəfli görüşdə Putin və Si Cinpinlə İran məsələsini müzakirə edəcək
Təbriz İmam cüməsı ABŞ-ın bölgədən çıxarılmasını və İsrailin məhv edilməsini tələb etdi
Rubio: Nüvə silahına malik İran bütün regionu girov saxlaya bilər
İranda daha on nəfər həbs edildi
Tehran təxribata əl atmadığı müddətdə Tramp İrana zərbələri təxirə salmağı nəzərdən keçirir - Reuters
İki şəhərdə iki məhbus edam edildi
Xameneini parodiya edən sənətçiyə həbs cəzası verildi
Kanal 13: İsrail ordusu İranla müharibənin yenidən başlaması üçün üç ssenari hazırlayır
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur
İranda karbamid gübrəsinin qiyməti artıb; kənd təsərrüfatı məhsullarının istehsal xərcləri yüksəlir