SON XƏBƏRLƏR

6 hərbçimizin taleyi hələ də məlum deyil - RƏSMİ

2022.08.30, 10:06
6 hərbçimizin taleyi hələ də məlum deyil - RƏSMİ

Gunaz.tv

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

İ.Axundov qeyd edib ki, üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlı kontingetinin və BQXK-nın yaxından iştirakı ilə həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın əksəriyyətinin nəşi işğaldan azad edilmiş ərazilərimizdən götürülüb və eyniləşdirilərək ailələrinə təhvil verilib.

“Təəssüf ki, Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmayıb və onlar Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. 

Onların taleyinin bu vaxtadək məlum olmaması hər birimizin qəlbini ağrıdır”, - deyə İşçi qrupunun rəhbəri bildirib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar