SON XƏBƏRLƏR

Türkiyə televiziyasında Güney Azərbaycanla bağlı çıxış iranlıları qəzəbləndirib-VİDEO

2022.09.01, 07:07
Türkiyə televiziyasında Güney Azərbaycanla bağlı çıxış iranlıları qəzəbləndirib-VİDEO

Gunaz.tv

Son günlər İraqda baş verən hadisələrə və İranın bu ölkənin daxili işlərinə qarışmasına həsr olunan verilişdə tanınmış türkiyəli politoloq Həsən Öztürk İrana qarşı sərt ifadələr işlədib.

""Axmaq iranlılar" sıranın özlərinə çatmayacağınımı sanırlar? Gəlir, hər dəfə sıra özlərinə də gəlir. İranı parçalasaq beş yerə bölünür.

Onların Güney Azərbaycan deyə bir gerçəkləri var, 50 milyona yaxın Azərbaycan türk var orada, sadəcə bunu söyləyirəm ki, Pakistan sınırına getsinlər, görək orada kimlərlə qarşılaşacaqlar"-deyə, Həsən Öztürk İranı ağıllı olmağa çağırıb.

Qeyd edək i, son vaxtlar Türkiyə mediasında İranda yaşayan türklər və Güney Azərbaycanla bağlı müxtəlif çıxışların olması Tehran rəsmilərinin və miliyyətçi fars təşkilatlarının etirazı ilə qarşılanır.

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar