SON XƏBƏRLƏR

Farsdilli media Səid Mollainin Azərbaycana medal qazandırmasından təəssüflənib

2022.09.12, 09:55
Farsdilli media Səid Mollainin Azərbaycana medal qazandırmasından təəssüflənib

Gunaz.tv

Qeyd edək ki, Səid Mollai ukraynalı rəqibinə qalib gələrək Avropa Cüdo Açıq çempionatının bürünc medalını qazanıb.

İtaliyada 42 ölkənin cüdoçuların iştirakı ilə keçirilən bu yarışda kişilər arasında mənfi 81 kq çəkidə Səid Mollai bürünc medal qazanıb.

Qeyd edək ki, Səid Mollai 26 dekabr 1991-ci ildə Güney Azərbaycanın Qəzvin əyalətinin Avuc (Abgərm) şəhərində anadan olub.

O, 2019-cu ildə Tokioda keçirilmiş dünya çempionatında İsrail təmsilçisi Saqi Muki ilə final görüşünə çıxmamaq üçün İran Cüdo Federasiyası və İran Olimpiya Komitəsi tərəfindən təzyiqlə üzləşib.

Bunun nəticəsində cüdoçu yarışlarda İranın bayrağı altında çıxış etməkdən imtina edib və hazırda Azərbaycan Respublikasının  milli komandasının heyətində çıxış edir.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar