SON XƏBƏRLƏR

İranın Araz qırağına daşıdığı hərbi texnika qəzaya səbəb olub -Ölənlər var

2022.10.19, 09:30
İranın Araz qırağına daşıdığı hərbi texnika qəzaya səbəb olub -Ölənlər var

Gunaz.tv

İran İnqilab keşikçiləri Korpusunun hərbi təlimlər üçün Azərbaycan Respublikası ilə sərhəddə daşıdığı texnika bir neçə qəzaya səbəb olub.

Bu gün səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın yük maşınını yoldan çıxardığı üçün qəza baş verib.

Yük maşını yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar