SON XƏBƏRLƏR

İranın 30 əyalətində serum çatışmazlığı yaşanır

2022.10.22, 08:42
İranın 30 əyalətində serum çatışmazlığı yaşanır

Gunaz.tv

O, oktaybrın 22-də mediaya verdiyi açıqlamada hazırkı dövrdə xüsusilə uşaq və yaşlıların qrip və soyuqdəyməyə daha çox məruz qaldıqları bir vaxtda bir sıra dərman preparatları və serum çatışmazlığı yaşandığını deyib.

Bu, son ildə İranda dərman preparatlarının çatışmazlığı ilə bağlı səhiyyə rəsmilərinin növbəti açıqlamasıdır.

Bir müddət öncə İran Əczaçıları Assosiasiyasının vitse-prezidenti Əli Fatimi də serum çatışmazlığı ilə bağlı açıqlama verib. O, bu müalicəvi vasitənin olmaması səbəbindən ölkə apteklərində serumun kvota ilə veriləcəyini deyib.

Bununla yanaşı İran parlamentinin Səhiyyə və Tibb Komissiyasının üzvü Əbdülhüseyn Ruholəmini ölkədə 356 adda dərmanın tapılmadığını və dərman çatışmazlığının böhran mərhələsinə çatdığını deyib.

O, məsələ ilə bağlı Səhiyyə Nazirliyi məsullarının cavabdehlik daşımadıqları söyləyib və onların hətta impiçment təhdidləri qarşısında belə reaksiya vermədiklərindən heyrətləndiyini bildirib.

Millət vəkili bundan öncəki və indiki səhiyyə nazirlərinin ümumi səhiyyə siyasətlərini həyata keçirə bilmədikləri üçün mühakimə olunmalarını istəyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar