SON XƏBƏRLƏR

Cənubi Koreyada izdiham zamanı 270 nəfər itkin düşüb

2022.10.30, 06:38
Cənubi Koreyada izdiham zamanı 270 nəfər itkin düşüb

Gunaz.tv

Bu barədə bazar günü “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, səlahiyyətlilər məlumatları polisə ötürür. Bu sayda məlumat yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 2:00) qeydə alınıb.

YTN telekanalının məlumatına görə, izdiham adı açıqlanmayan məşhur pop müğənnisinin İtxevondakı barda görünməsi ilə bağlı yayılan şayiədən sonra yarana bilər. Bundan sonra bir çox insan pop ulduzun dincəldiyi iddia edilən ərazinin yerləşdiyi dar döngəyə axışıb.

İtxevon Seulun gecə həyatının mərkəzlərindən biri kimi tanınır. Son üç ildə ilk dəfə pandemiya məhdudiyyətləri olmadan qeyd olunan Hellouin bayramını qeyd etmək üçün on minlərlə gənc şənbə günü əraziyə səfər edib.

Ötən gün baş verən izdihamda ölənlərin əksəriyyətinin yaşının 30-dan az olduğu bildirilir. (report)


Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar