SON XƏBƏRLƏR

Azərbaycan Milli Hərəkatının fəalı Əfşar Moheb məhkəməyə çağırılıb

2022.10.31, 08:43
Azərbaycan Milli Hərəkatının fəalı Əfşar Moheb məhkəməyə çağırılıb

Gunaz.tv

Bu barədə qərar Ərdəbil Prokurorluğunun 3-cü bölməsinin başçısı Hatif Qasımzadə tərəfindən imzalanıb.

Milli fəala qarşı "İslam Respublikasına qarşı təbliğat fəaliyyəti" və "məqsədli olaraq gərginlik yaratmaq üçün iranlı kimliyini təhqir etmək" ittihamları irəli sürülüb.

Bu cinayət işində adı keçən başqa bir müttəhim Həsən Kazimiyə bəraət verilib.

Qeyd edək ki, ərdəbilli milli-mədəni fəal Əfşar Moheb ötən ilin dekabrın 22-də Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırılıb.

Sonra “sistemə qarşı təbliğat aparmaqda" və "hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğu üçün Ərdəbil zindanına köçürülüb.

Moheb bundan öncə 23 yanvar 2021-ci ildə iş yerindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və ETTELAAT təcridxanasına aparılaraq dindirilib, təhdid edilib və sonradan sərbəst buraxılıb.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar