SON XƏBƏRLƏR

"Kitab ilə sabaha" adlı layihəsinə start verilib

2022.10.31, 07:41
"Kitab ilə sabaha" adlı layihəsinə start verilib

Gunaz.tv

Bu barədə gənc şairə Aytən Təhmasib məlumat verib.

Ən maraqlı layihə yarışı çərçivəsində Abşeron Mərkəzi Kitabxanasının oxu zalının müdiri Fidan Abdullalının şəxsi təşəbbüsü ilə "Kitab ilə sabaha" adlı layihəsinə start verilib. 

Layihənin əsas məqsədi oxucuların mütaliəyə istiqamətləndirilməsi, onlarda oxu bacarığının inkişaf etdirilməsi, nitq vərdişlərinin təkmilləşdirilməsi, fikirlərini tam və sərbəst şəkildə ifadə edə bilmək imkanlarının formalaşdırılmasından ibarətdir. 

İlk tədbir Xırdalan Şəhər 1 nömrəli məktəbin 2 k sinfinin müəllim və şagird kollektivi ilə gerçəkləşib. 

İlk olaraq uşaqlara kitabxana haqqında məlumat verilib, asudə vaxtlarında mütaliə etməyin vacibliyindən danışılıb və kitabxanaya cəlb etmək üçün bir sıra təkliflər irəli sürülüb.

Sonra Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" həkayəsi səsləndirilib və müzakirə edilərək təhlil olunub. 

Sonda uşaqlar üçün kitabxananın əməkdaşları Şəhidə Hümbətova və Nərgiz Nadirli tərəfindən müxtəlif nağıllar oxunub, maraqlı uşaq  kitabları haqqında məlumat verilib.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar