Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
Yeni bir türk dövləti qurulur- Ukrayna ilə anlaşıldı
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Güney azərbaycanlı gənc edam hökmünün icrası təhlükəsi ilə üz-üzədir
Yüz illərlə kəsik-kəsik olub qəlbim,
Əsrlərlə başdaşısız qalıb qəbrim.
Dünya boyda bir kasaya dolub səbrim
Arazımın o tayına keçmək üçün!
Yuxarıda təqdim etdiyimiz bəndəniz tərəfindən 1991-ci ildə yazılan şeirdən bir parçadır. Həmin şeiri mən Güney Azərbaycana həsr etmişdim. Doğrudur, o zaman Güney, Quzey kəlmələrini çox işlətmədiyimiz üçün şeirimin sonu bu misralarla tamamlanırdı.
Şimalımda ağ kəfənə bürünmüşəm,
Cənubumda daim azad gəzmək üçün!
Düzü, həmin vaxt bu şeiri yazmaq bir yana, nə zamansa Cənubda, yəni Güney Azərbaycanda azad gəzməyi düşünmək, bəzi dostlar tərəfindən, yumşaq desək, ağılsızlıq kimi qəbul edilirdi.
Belələrini görəndə…
Ağılsızlıqdan söz düşmüşkən, kimsəyə sirr deyil ki, günümüzdə də Güney Azərbaycanın müstəqil olacağını deyənləri ağılsız adlandıran, hətta bu fikirdə olanlara “belə zərərli fikirlərdən uzaq dur, İran nəhəng dövlətdir” söyləyənlər yox deyil.
Düzdür, son vaxtlar belələri ya susub, ya da bir el məsəlində deyildiyi kimi, “Papadan artıq katolik”lik edir. Yəni tanımasan elə düşünərsən ki, sanki bu şəxsin gecəsi-gündüzü ancaq Güney Azərbaycan sevdası olub.
Bir zamanlar türklük, bozqurd deyəndə bizə tərs baxan bəziləri indi o qədər “türkçü” olublar ki, adam lap məəttəl qalır. Belələrini görəndə, mən hər zaman “Otel otağı” filmindəki bəzi səhnələri xatırlayıram.
Yazıya niyə belə incik notlarla başlamağımız səbəbsiz deyil. Təəssüflər olsun ki, bəzən bizdə TV kanalları, o cümlədən yazılı və elektron media mövzulara yanaşmada birrəngli mövqe sərgiləyir.
Amma, əziz həmkarlar, xahiş edirəm, heç olmasa Güney Azərbaycan kimi həssas mövzularda ekspert kimi o kəslərə müraciət edin ki, onlar həqiqətən də bu mövzu barədə ürəkdən danışa bilsinlər.
Daha hıqqana-hıqqana, boğazdan yuxarı sözlərlə yola verməsinlər.
Heç nə bizi bu sevdadan döndərə bilmədi
Yəni necə ki, müstəqillik, türkçülük bizim əzəl sevdamız olub, eləcə də Güney Azərbaycanın azadlığı, azad Təbrizdə gəzmək də arzumuz olub. Bu arzu uğrunda əlimizdən gələni etmişik.
Düzdür, arzumuza, bu sevdamıza görə, bəzən tənələrə, işlədiyimiz bəzi yerlərdə, “bilirik ki, Güney Azərbaycanı sevirsən, biz də sevirik, amma yazılarda bunu çox qabartma. İranın səfirliyi çox zəhlətökənlik edir” kimi yumşaq xəbərdarlıqlara tuş gəlmişik.
Hələ onu demirəm ki, özü azərbaycanlı olsa da, kökündən, milli hisslərindən uzaq birisi bir zamanlar burada səfir işləyərkən əlinə bir qutu konfet alıb redaksiyaların zəhləsini tökürdü. Həmin vaxt beynəlxalq məsələlərlə bağlı yazıları hazırladığım üçün bu zat hər dəfə bizim redaksiyaya gələndə onun saxta açıqlamalarını da mən yazmalı olurdum.
Nəysə ki, ondan can qurtarmağın da yolunu tapdım.
Bir gün səfirlikdə mətbuat konfransı zamanı bu adam guya İranda demokratiya olduğunu, insanlara bütün azadlıqların verildiyini iddia edirdi. Sual-cavab hissəsində “İrandakı azərbaycanlılara öz dillərində təhsil almaq hüququ niyə verilmir” sualım bu zatı o qədər qəzəbləndirdi ki, əgər İranda olsaydım, yəqin özü birbaşa məni dar ağacına aparardı.
Bu sualı verməyim onunla nəticələndi ki, ondan sonra həmin adamın saxta fikirlərini yazmaqdan xilas oldum.
Yəni dediyim o ki, Güney sevdamız hər zaman olub və heç nə bizi sevdamızdan əl çəkdirə bilməyib.
Güney Azərbaycanın tezliklə fars-molla rejiminin işğalından azad olunacağına inanırıq
Bəli, inanmışıq.
Necə ki, Allahın varlığına inanırıq, eləcə də inanmışıq və inanırıq ki, Güney Azərbaycan bir gün azad olacaq. Necə ki, otuz ilə yaxın müddətdə Şuşanın işğaldan azad olunacağına inanmışıq, eləcə də Təbrizin, Urmunun, bütövlükdə Güney Azərbaycanın tezliklə fars-molla rejiminin işğalından azad olunacağına inanırıq.
Birinci inancımız hasil oldu. Bu gün Şuşa azaddır.
Ötən il dekabrın 25-də azad Şuşada olarkən bir daha dua etdik ki, tanrı bizə azad Təbrizi də görməyi nəsib etsin. Baxın, bizim arzumuz o qədər saf və haqdır ki, ötən hər gün ərzində ona bir addım da yaxınlaşırıq.
Fars-molla rejimindən fərqli olaraq türklər kişi kimi siyasət yürüdür
İran adlı molla dövlətinin düzəni tamamilə pozulub. Bu ölkədəki fars-molla rejimi daha zülm, qorxu və terrorla ölkəni idarə edə bilmir. Başda Güney Azərbaycan türkləri olmaqla İrandakı bütün xalqlar rejimin əməllərinə etiraz səslərini ucaldır.
Molla rejimi isə onların tələblərinə cavab verməkdənsə, müsəlmanın qanını içən, Allahın evində heyvan saxlayan işğalçı Ermənistanla qolboyun olur, ağız-ağıza öpüşür. Bu azmış kimi, bu zavallı erməniləri indi də İran mollaları üzərimizə qısqırdırlar.
Molla rejiminin təmsilçiləri ötən hər gün verdikləri sərsəm açıqlamalarla özlərini daha da gülünc günə salırlar.
Bu zavallılar hələ də anlamayıblar ki, indiyə kimi Qərbin İrana sarsıdıcı zərbə vurmasının qarşısını alan həm də Azərbaycanla Türkiyənin qətiyyəti olub. Çünki fars-molla rejimindən fərqli olaraq türklər kişi kimi siyasət yürüdür. Bizdə qonşuya xəyanət, riyakarlıq, satqınlıq, din pərdəsi altında min bir hoqqadan çıxmaq yoxdur.
Azadlığın yolu Güney Azərbaycan Cümhuriyyətinin elanından keçir
Amma İran nə etsə də bu prosesin geriyə dönüşü yoxdur. Güney Azərbaycan Cümhuriyyətinin elan olunması artıq reallıqdır. Özü də qarşısıalınmaz reallıq.
Əgər bu gün İran adlı dövlət türkün düşməni ilə bir olursa, Güneyli soydaşlarımızın o dövlətin tərkibində qalması təhlükəlidir. Bu gün erməniyə silah verən fars-molla rejimi, sabah da Təbrizdə, digər şəhərlərdə rəhbər vəzifələrə İran ermənilərini gətirə bilər.
Çünki bunlardan hər şey, hər cür pislik, bəd əməl gözləmək olar. O bəd əməlin baş verməməsi üçün isə Güney Azərbaycan azad olmaldır. Azadlığın yolu isə Güney Azərbaycan Cümhuriyyətinin elanından keçir. (bayraqdar.info)
Nadir Azəri
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
Türkiyədə ev alan iranlıların sayı açıqlandı
İranda 84 qadın yaxınları tərəfindən öldürülüb
“The Jerusalem Post”: İranda rejim dəyişikliyini necə həyata keçirmək olar? — Rəy
Polis Bəndər Abbasda mülki şəxsləri güllələdi
İran parlamenti Müctəba Xameneinin Kəşfiyyat Nazirliyinə birbaşa nüfuzunu artırmağa çalışır
Kərkükdə valilik yenidən türkmənlərə əmanət edilir
Təbrizdə hava çirkliliyi artdı
Tramp gələn həftə Çində keçiriləcək üçtərəfli görüşdə Putin və Si Cinpinlə İran məsələsini müzakirə edəcək
Təbriz İmam cüməsı ABŞ-ın bölgədən çıxarılmasını və İsrailin məhv edilməsini tələb etdi
Rubio: Nüvə silahına malik İran bütün regionu girov saxlaya bilər
İranda daha on nəfər həbs edildi
Tehran təxribata əl atmadığı müddətdə Tramp İrana zərbələri təxirə salmağı nəzərdən keçirir - Reuters
İki şəhərdə iki məhbus edam edildi
Xameneini parodiya edən sənətçiyə həbs cəzası verildi
Kanal 13: İsrail ordusu İranla müharibənin yenidən başlaması üçün üç ssenari hazırlayır
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur
İranda karbamid gübrəsinin qiyməti artıb; kənd təsərrüfatı məhsullarının istehsal xərcləri yüksəlir