İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Yazır ki, Avropanın müxtəlif ölkələrindən hər gün bir neçə reyslə İran neftindən öz payını almağa gələn iş adamlarına həmin ölkələrin təyyarə limanlarında o ölkədə təhsil alan iranlı tələbələr tərəfindən vərəqələr paylanır. Bu vərəqələr İrandakı sərt rejim, insan haqlarının pozulması, insanların heç nə üstündə öldürülməsi, həbsə atılması haqqında faktlarla dolu idi.
Lakin heç bir iş adamına və bütövlükdə Avropaya bu maraqlı deyildi. Çünki ortada İran nefti amili vardı və hər bir ölkə şahın dayaz ağlından istifadə edib daha çox pay qoparmağa çalışırdı. İranda hər gün onlarla şəxs dar ağacına çəkilirdi, qocaman Avropa üçün isə bu “çörək ağacı” idi.
Bizim İran adlanan ölkədə gedən proseslərə baxışımız həmişəki kimi, orada haqqı-hüququ pozulan qardaşlarımız və Güney Azərbaycanın istiqlalı bucağındandır. (Bu arada, “İran adlanan ölkə” ifadəsini niyə işlətdiyimizi soruşan dostlara ən sadə cavab, uzun illər işlətdiyimiz “Qondarma DQR” ifadəsini xatırlatmaq olacaq.)
Bu yazı son aylardakı prosesləri açıqlamaq üçün deyil. Mən də digər dostlarım kimi düşünürəm ki, bu barədə məsələyə illərdir bələd olan, prosesləri dərindən izləyən insanlar danışmalıdır.
Bu insanların əslən Güney Azərbaycandan olması da arzu ediləndir. Çünki oradakı soydaşlarımızın öz içlərindən çıxmış, illərdir mübarizənin içində olmuş insanların verdiyi mesajlara ehtiyacı var.
O taydakı proseslərdən danışan adam, yumşaq desək “bəsic”lə “bəluc”un fərqini bilməlidir ən azından.
Güney Azərbaycanda illərdir tək ideya olub- İstiqlal! Bu ideya uğrunda minlərlə soydaşımız dar ağacına çəkilib, minlərlə azərbaycan türkü zindana atılıb.
Amma heç zaman bu ideyadan kənar bir fikir xalq tərəfindən qəbul edilməyib. Belə olduğu halda fars şovinizmi azərbaycanlıların öz içindən tapıb çıxardığı “irançılar”ı sahəyə salıb, onlara təşkilat qurdurub, şərait yaradıb, min bir yolla istiqlalçılara mane olmağa çalışıb.
Zaman- zaman fərqli donlara girən “irançı”lar, bəzən gizli, bəzən açıq fəaliyyət göstərib, ayrı-ayrı partiyalarda birləşib, xalqın illərdən bəri davam edən dirənişini hansısa formada qırmağa çalışıblar.
Güney Azərbaycanda bu gün ən çox səslənən şüarın “Azadlıq! Ədalət! Milli Hökumət!” olduğunu nəzərə alsaq, görərik ki, xalqı istiqlal yolundan döndərmək istəyənlər heç nəyə nail ola bilməyiblər. Güney Azərbaycan öz istiqlalını tələb edir.
Bu dəfə dünyadakı bütün Azərbaycanlıların dövləti- Azərbaycan Respublikası da tam təşəkkül bu mübarizənin yanındadır. Tarixdə heç bir vaxt qüzeydən güneyə bu qədər geniş miqyaslı dəstək olmayıb. Bu çox gözəldir.
Televiziyalar, radiolar, qəzetlər, saytlar bir nöqtəyə vurur, “Cənublu qardaşlarımızın yanındayıq”, “Soydaşlarımıza qarşı aparılan siyasət durdurulmalıdır” tipli bəyənatlar artıq geridə qalıb. Biz indi İranı birbaşa dövlət televiziyasının efirindən öz adı ilə çağırırıq.
Terrora dəstək verən, narkoticarətlə dövlət səviyyəsində məşğul olan bu ölkənin “islam” bayrağı və din pərdəsi altında Ermənistanla nə oyun və oynaşlardan çıxdığı açıq şəkildə deyilir və göstərilir.
Bütün bunların fonunda televiziyalarda gedən verilişlərdə mövzu ilə bağlı ekspert çatışmazlığı ucbatından təsadüfi adamların da efirdə görünməsi başadüşüləndir.
Heç kəsə məlum olmayan “fakt”lardan, rəqəmlərdən danışmaqla proqnoz verən adamları çox da ziyanlı saymaq olmaz. Bu məsələlər yəqin ki, lazımi qurumlar tərəfindən tənzimlənəcək. Əsas məsələ başqadır.
İllər ərzində fars şovinizmi təkcə dövlətin içindəki istiqlalçılarla yox, mühacirətdəkilərlə də mübarizə aparılması üçün xeyli işlər görüb. İrandan kənarda xeyli “irançı”lar yerləşdirilib. İndi bizə “əslən güney azərbaycanlı fəal” adı ilə təqdim edilənlərin içində belələri az deyil.
Bunların tələm tələsik hansısa bəzəkli adlarla təşkilatlarda birləşdirilməsi, ictimaiyyətə təqdim edilməsi bir tərəfdən Güney Azərbaycandakı proseslərə dəstək kimi görünsə də, digər tərəfdən sonda ümumi prosesə zərər vura biləcəyi ehtimalı da az deyil.
Keçən günlərdə Ankarada tələsik yaradılmış bir təşkilatın Bakı səfərinə şahid olduq. Düzünə qalsa, adamlar özləri-özlərini “ələ verdilər”. Yoxsa biz, onların kimliyi və hardan –haraya gəldiklərini araşdırmaqçün vaxt sərf edəsi deyildik. “Güneylə bağlı onlarla təşkilat var, bu da onlardan biri” düşünüb keçəcəkdik.
Güneyli qardaşlarımız ayaqlarının tozu ilə Fəxri Xiyaban ziyarətində oldular. Di gəl qonaqlar ya özləri məlumatsız idi, ya da onlara “ziyarət xəritəsini” verən adam bilərəkdən səhv xəritə vermişdi.
Amma heyf ki, hər iki hal güneyli qardaşlarımızı düzə çıxarıb günahsız etmir.
Güney Azərbaycan adına iddia edən bir təşkilatın Fəxri Xiyaban qapısından içəri keçər-keçməz sağa dönməli olduğunu hamı bilir. Qısacası, Əbülfəz Elçibəyin məzarını ziyarət etməyən, Əbülfəz bəyin Güney Azərbaycan ideyası uğrunda illərlə canı və qanıyla apardığı mübarizəni görməzdən gələn bir “təşkilat” səmimi sayıla bilməz.
Bu təkcə mənim fikrim deyil, hətta hər hansı bir nədəndən Elçibəyi sevməyən birindən belə soruşsanız sizə bunu deyər. Qısacası, aksiomadır.
Amma yenə də olsun, biz güneylə bağlı yaranan bütün təşkilatlara, “İstiqlal” ideyasını dilə gətirən hər bir kəsə, bu ideyanın həyata keçməsi uğrunda iş görmək istəyən hər bir qardaşımıza uğur diləyirik.
Hətta bu adamlar ömürləri boyu “irançılıq” ideyası ilə yaşamış, özünə vətən İranı saymış olsa belə. Hətta bir –iki il öncə “Federativ İran konstitusiyası” yazmış olsalar belə.
Hətta bu adamlar zaman-zaman Güney Azərbaycanda baş vermiş milli inqilabların önündə gedən adamlara qarşı təhqiramiz ifadələr işlətmiş olsalar belə. Hətta bu adamlar dünənə qədər “İranda sadəcə rejim dəyişikliyi olmalıdır” deyib, altdan–altdan Rza Şahın nəvəsini İrana qaytarmaq üçün fəaliyyət yürütmüş olsalar belə.
Lap bu adamlar İran adlanan dövlətdəki milli təşkilatları vaxtı ilə sataraq minlərlə gəncin ölümünə vəsilə olmuş olsalar belə.
Amansız farsların azərbaycan türklərinə qurduğu dar ağacından sirli şəkildə qurtulmuş olsalar belə. Bu adamlar illərdir “harda aş, orada baş” olsalar belə, biz bu gün “İstiqlal” dediklərinə görə bunlara uğur arzu edirik. Daha doğrusu mən edirəm.
Amma güneydəki soydaşlarımızın, dar ağacında onlarla ideya yoldaşını qurban vermiş insanların bu adamları bağışlayacağına inanmıram.
Təşkilat qurmaq, gəlmək, görüşlər keçirmək yaxşı işdi. Bəyanat vermək, müsahibə vermək, danışmaq, nəsə demək gözəldir. İllərdir bu və ya başqa şəkildə proseslərin içində olan adamlarçün bundan asan nə var ki, çıxar nədən desən danışar. Elə gözəl danışar ki, azğın açıq qalar.
Pis olan bilirsiniz nədir? Dünənə qədər dağılmasını istəməyib, kənarda yaşasan da özünə “vətən” saydığın İran adlanan dövlətin hüdudları içində hər gün onlarla soydaşımız dar ağacına çəkilərkən, kiminsə bütün bu prosesə “çörək ağacı” kimi baxması. Bax bu pisdi. Həm də çox pisdi…(yenicag.az)

Çingiz Özgür
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu