SON XƏBƏRLƏR

Milli fəal Davud Kabalı müvəqqəti azad edilib

2022.12.13, 18:25
Milli fəal Davud Kabalı müvəqqəti azad edilib

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan milli fəal Davud Kabalı dekabrın 11-də 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Urmu zindanından sərbəs braxılıb.

Onun barəsindəki cinayət işi iki hissədə Uİnqilab Məhkəməsinin 3-cü bölməsi və Urmunun Cəza Məhkəməsinin 106-cı bölmələrinə göndərilib.

Fəala qarşı "iş başında olan dövlət məmuruna tabe olmamaq", "ictimai asayişi pozmaq", "qruplara ölkənin təhlükəsizliyinə xələl gətirmək üçün rəhbərlik etmək", "ölkə rəhbərini təhqir etmək" və "ölkənin ərazi bütövlüyü və müstəqilliyinə zərbə vurmağa cəhd" ittihamları irəli sürülüb.

Qeyd edək ki, Davud Kabalı oktyabrın 26-da Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində həbs edilib və oktyabrın 31-də təcridxanadan zindana köçürülüb.

Cavidan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar