Pezeshkian və Putin görüşəcək
Kiyevin körpüləri dronlara qarşı torla qorunur (Video)
Pakistanlı general Məkkə Müdafiə Alyansının ilk baş katibi təyin edilib
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib
İranda “müxalif” mediaya müsahibəyə görə şallaq cəzası
Monteneqro İran-Türkiyə vətəndaşını ABŞ-a təhvil verdi
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
ABŞ İranla əməkdaşlıq edən ölkələrə xəbərdarlıq etdi
İranda 70 siyasi məhbus edam edilib
İranda yeni neft naziri seçildi
Polis Vərziğanda azərbaycanlı gənci ölürüb?
Təyyarəni ələ keçirmək cəhdinə görə İran məsuliyyət daşıyır- Tramp
İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani
Hörmüz boğazından xam neft daşımaları bərpa olunur — WSJ
İranda sərhədçilərə silahlı hücum- Ölən və yaralananlar var
ABŞ Ordusu: İranın dəniz blokadasının başlanğıcından 13 gəmi məhv edilib
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb
Əraqçi İranın Azərbaycandakı səfiri ilə Tehran-Bakı münasibətlərinin son vəziyyətini müzakirə edib
İran həbsxanalarında məhbuslar aclıq aksiyası keçirirlər
Kirmanda mədən uçdu- Ölənlər var
Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq
Məqsəd İslam Respublikasını devirməkdir- Pezeşkian
Siemens Energy Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulur
Əsgar Əkbərzadənin Ərdəbil prokurorluğunda istintaq iclası keçirilib
Üç ölkə İran millisi ilə oyunları ləğv edib
Urmiyə gölündə miqrant quşlar duz kristallarına ilişib; xəbərdarlıq (Video)
Hörmüz boğazından neft ixracı müharibədən əvvəlki səviyyəni keçib
Hörmüz boğazından keçən neft tankerinə hücum edilib
Göhərdəşt həbsxanası tamamilə sökülüb
İranda cəzalandırılan müəllimlərin sayı açıqlandı
Çin İrana kəşfiyyat dəstəyini dayandırıb- Xərratiyan
Hansı türk ölkələri məktəblərdə hicabı qadağan edib?- Siyahı
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi (Video)
Bəyanatda deyilir:
"Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri icmalarımızın arzu və iradəsini ifadə edərək, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Şuşadan keçən Xankəndi-Laçın yolunda ölkəmizin qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr, ziyalılar, gənclər, ekoloqlar və jurnalistlərin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında ekoloji terrora və təbii ehtiyatların qanunsuz istismarına dinc etiraz aksiyası ilə əlaqədar Ermənistan tərəfinin, özəlliklə, erməni kilsəsinin ictimai fikri yanlış istiqamətdə yönləndirmək məqsədilə yaydığı müraciətlərlə bağlı aşağıdakıları bildirməyi vacib sayırıq.
İlk növbədə qeyd olunmalıdır ki, vətəndaş cəmiyyətinin təmsilçiləri olan etirazçıların bir həftədən artıq davam edən təbii sərvətlərin talanmasına və ekologiyaya ziyan vurulmasına qarşı şüarlarla keçirilən aksiya dinc xarakter daşıyır və Azərbaycanın sülhsevər siyasətinin prioritetlərindən irəli gəlir.
Etirazçılar Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ekologiyasının çirkləndirilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləyirlər. Müstəqil fəallar tərəfindən aparılan araşdırmalara görə, Azərbaycanın “Qızılbulaq” qızıl yatağı və “Dəmirli” mis-molibden yatağında qanunsuz istismar fəaliyyəti həyata keçirilir və bu fəaliyyətin monitorinq olunması haqqında öncə müvafiq razılaşmanın əldə edilməsinə baxmayaraq, onlar separatçı qüvvələr tərəfindən həmin obyektlərə buraxılmamışlar.
Hal-hazırda etirazçılar göstərilən yataqlarda yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasını tələb edirlər.
Birmənalı şəkildə bildiririk ki, Ermənistan tərəfinin, xüsusən, Eçmiədzinin yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır və QHT-lərin dinc etiraz aksiyasının humanitar böhrana səbəb olması barədə iddialar qətiyyən həqiqətə uyğun deyildir.
Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və bunun üçün aksiya keçirənlər tərəfindən hər bir şərait təmin olunur. Qarabağ bölgəsində yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının humanitar problemləri olduğu halda, onların müraciətlərinin operativ şəkildə həlli üçün qaynar xətt yaradılıb.
Aksiya zamanı Ermənistan mətbuatında və erməni diasporunun təbliğatında Xankəndi-Laçın yolunun Azərbaycanın qeyri-hökumət təşkilatları və Azərbaycan mediası tərəfindən bağlanması barədə iddia da əsassızdır, belə ki, adıçəkilən yolun rus sülhməramlıları tərəfindən bağlanması faktı bəyan olunub.
Çox heyfsilənirik ki, erməni kilsəsi ədalət nümayiş etdirərək həqiqəti çatdırmaq əvəzinə, siyasi konyunktura uyğun qərəz və böhtan mövqeyindən məsələyə yanaşır, dinc etiraz aksiyasını “etnik təmizləmə siyasəti” və “qeyri-insani hərəkət” kimi qələmə verməyə çalışır.
Erməni kilsəsinin hadisələri «erməni blokadası və humanitar fəlakət» kimi təqdim etməyə cidd-cəhd etməsi təxribat və qarayaxmadan başqa bir şey deyildir. Azərbaycan yolları bağlayan deyil, yeni yollar, körpülər inşa edən dövlətdir. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazisində yerləşən Laçın yolu ilə bağlı birmənalı mövqeyi bundan ibarətdir ki, bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyətlər üçün deyil, mülki-humanitar məqsədlər üçün istifadə oluna bilər.
Acı həqiqət ondan ibarətdir ki, 30 ilə yaxın müddət ərzində məhz erməni ekstremistlərin həyata keçirdiyi etnik təmizləmə, təbii sərvətləri talama, mənəvi irsi dağıtma, ekosistemə qarşı cinayətlər nəticəsində bir milyondan artıq azərbaycanlı öz əzəli dədə-baba torpaqlarını tərk etməyə məcbur qalaraq qaçqın və məcburi köçkün həyatını yaşamışlar. İşğal dövründə ərazinin flora və faunası məhv edilmiş, torpaqları yandırılmış, su hövzələri zəhərlənmişdir. Şəhər və kəndlərimiz urbisid nəticəsində yer üzündən silinmişdir.
Basdırılmış saysız-hesabsız minalar səbəbindən yerli əhalinin doğma torpaqlara qayıdışı ləngiyir, yüzlərlə mülki vətəndaş mina terrorunun qurbanları sırasındadır. Münaqişə dövründə itkin düşmüş 4 mindən artıq vətəndaşımızın aqibəti hələ də məlum deyil.
Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb talan edilmiş, Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri qriqorianlaşdırılmış, məscidlər tövləyə çevrilmiş, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunmuşdur.
Azərbaycan sülhsevər dövlətdir və bunu münaqişənin davam etdiyi üç onillik müddətə yaxın dövrdə sülh yönündə danışıqlarda ardıcıl iştirakı ilə, habelə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda fəal iştirakı ilə nümayiş etdirmişdir.
Ermənistanın qeyri-konstruktiv mövqeyi bölgəmizin əmin-amanlığı və iqtisadi rifahı yönündə perspektivləri əngəlləyir. Dövlətimiz ərazilərində yaşayan bütün etnik və din mənsublarına, o cümlədən, Qarabağda yaşayan dinc erməni əsilli Azərbaycan vətəndaşlarına ehtiramla yanaşır, onların hüquqlarını və dəyərlərini qoruyur.
Uca Allahın neməti olan torpaq, onun üstündə və təkində olan bütün sərvətlərə ehtiram və qayğı ilə yanaşmaq Azərbaycan torpaqlarında yaşayan həm azərbaycanlıların, həm də ermənilərin vətəndaşlıq borcudur.
Biz, dini konfessiya rəhbərləri daim Uca Yaradanımızın buyurduğu yolla gedərək bəşəri dəyərlərə, humanist məramımıza və dinc birgəyaşayış ideyalarına sadiq olmuşuq və həmişə qonşu Ermənistanın din xadimlərini sülhə, müharibə ritorikasından əl çəkməyə çağırmış və dialoqa üstünlük vermişik.
Bu Bəyanatımızla biz erməni kilsəsini Uca Yaradanımızın buyurduğu ideallara istinadən həqiqətləri söyləməyə, Qarabağda yaşayan dinc erməni əhalini revanşizmə sürükləməməyə, kövrək sülh şəraitində qızışdırıcı fəaliyyətlə məşğul olmamağa çağırırıq.
Öz növbəsində, Qarabağın dinc erməni əhalisini yaşadıqları torpaqlarda Uca Allahın bəxş etdiyi təbii sərvətlərin talanmasına və törədilən ekoloji cinayətlərə qarşı birgə qətiyyətli mövqe nümayiş etdirməyə dəvət edirik".
Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıb.
İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani
İran həbsxanalarında məhbuslar aclıq aksiyası keçirirlər
Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq
Məqsəd İslam Respublikasını devirməkdir- Pezeşkian
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Üç şəhərdə 9 məhbus edam edildi