SON XƏBƏRLƏR

Urmu gölü ilə bağlı növbəti xəbərdarlıq edildi

2022.12.21, 08:58
Urmu gölü ilə bağlı növbəti xəbərdarlıq edildi

Gunaz.tv

O, Urmu gölünün su bəndlərindən illik su payının tam təmin olunmayacağı təqdirdə, göl tədricən mövsümi bataqlıq ərazisinə çevriləcəyini deyib.

Ötən illərdə gölüə məxsus illik su payının yalnız 30 faizinin verildiyini deyən ekoloq, belə davam edərsə duz fırtınalarının bütün bölgə üçün qarşısı alınmaz ekoloji fəsadlar törədəcəyini bildirib.

Bundan bir müddət öncə Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan da Urmu gölünün siyasi oyunlar və hakimiyyət daxili qarşıdurmaların qurbanı olduğunu, bərpa işlərini iflic etdiyini bildirib.

Qeyd edək ki, rəsmi statistikaya görə Urmu gölünün 90 faizdən çoxu quruyub və bərpa layihələrinin bu günə qədər gecikdirilməsi yaxın gələcəkdə gölün tamamilə məhvinə səbəb olacaq.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar