Bessentin proqnozu reallaşır- İranda dolların qiyməti 300 min tümənə yaxınlaşdı
İranda daha beş məhbus edam edildi
İranda spirtli içkidən zəhərlənənlərin son sayı açıqlandı
Pompeo: Təzyiqlər davam edərsə, İran rejimi bir neçə ay ərzində süqut edə bilər
ABŞ Dövlət Departamenti: İran hökuməti öldürülən minlərlə etirazçının xatirəsini silməyə çalışır
Ərdəbildə dəm qazından zəhərlənmə- Ölənlər var
İran Naxçıvan sərhədinə niyə texnika yığır? — Səfirliyin təxribatçı cavabı
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb
Zahidanda silahlı hücum- 11 bəluc öldürüldü
İranda hicaba görə iki iaşə obyekti bağlandı
Kəleybər bölgəsinin su mənbələri təhlükədədir- Millət vəkili
İranda Ukrayna ilə bağlı iddia- PUA hücumu...
İki şagirdin ölümündən sonra İranda bir rayonun məktəbləri onlayn təhsilə keçdi
CENTCOM İranın ticarət gəmisini hədəf aldı
Küveyt İranın səfirini son hücumlarla bağlı XİN-ə çağırdı
Müharibə və sanksiyalar 53 min iranlının Həcc ziyarətinə getməsinə mane oldu
Məkkə müdafiə sazişi: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında hərbi əməkdaşlıq genişlənir
Tramp İraqın baş nazirinin İrana bağlı silahlı qrupların nəzarətə alınması səylərini dəstəklədi
Overçuk: İran "MDB plyus" əməkdaşlıq formatında iştiraka maraq göstərir
İranda polis və hərbçilərin də məişət problemləri artıb
Təbrizin qadın futbolçuları Kürdüstan təmsilçisini məğlub etdi
19 gündə İranda bu qədər məhbus edam edilib
Daha bir azərbaycanlı uşağa adına görə sənəd verilmir
Qərbi Azərbaycanda saxta spirtli içkidən zəhərlənmə- Ölənər var
İraq İranla qeyri-rəsmi sərhəd keçid məntəqələrini bağlayır
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Təbrizli milli məhbusun qanuni tələbi yenidən rədd edildi
Tramp: Hərbi əməliyyatlar bərpa olunarsa, ABŞ İrandakı “Külüng Dağı” nüvə obyektinə zərbə endirəcək
Avstraliya SEPAH-la əlaqəli iki şəxsə sanksiya tətbiq edib
Türkiyə Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sazişinin ratifikasiyasını tamamlayıb
İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın obyektlərinə zərbələr endirib
İranın ABŞ ilə saziş bağlamağa hazır olduğuna şübhə edirəm - Tramp
İran iqtisadiyyatı dünyada neçənci yerdədir?- Yeni hesabat
Güney Azərbaycan şəhərlərində çörəyin keyfiyyətinin aşağı düşməsi narazılıq yaradır
İtaliyanın Baş naziri iki vətəndaşının həlak olmasına görə başsağlığı verib
İki İtaliya vətəndaşının həlak olmasından sonra Fon Der Leyen Tehrana təzyiqlərin artırılmasını tələb edib
İtaliya iki vətəndaşının İranın Küveytdəki dron hücumu nəticəsində öldüyünü təsdiqləyib
Pezeşkiyan vilayətlərə daha geniş maliyyə və siyasi səlahiyyətlərin verilməsini yenidən vəd edib
Güneyli fəal Rza İbrahimpur Hərgəlan saxlanılıb
İranda dolların sərbəst bazarda qiyməti ardıcıl rekordlar qırır
Tahir Nəqəvinin ailəsi ilə görüşünə qadağa qoyulub
Müraciəti təqdim edirik:
"- Əziz həmvətənlər.
Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, əminəm, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq. Belə də oldu. Qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi.
İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı.
Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər.
Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq.
Bu il bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi.
Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir.
Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq.
Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.
Eyni zamanda, bu il Ağalı kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. Bu, tarixi hadisədir. Çünki müharibədən iki il keçmədən – cəmi il yarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq.
Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda, bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər.
Böyük Qayıdış Proqramı uğurla icra edilir. Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin Baş planı təsdiqləndi və bir neçə kəndin təməlini mən şəxsən qoymuşam.
Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq.
Əlbəttə ki, bununla paralel olaraq, minatəmizləmə işləri aparılır. Əfsuslar olsun ki, Ermənistan bizə dəqiq mina xəritələrini verməyib, 300-ə yaxın azərbaycanlı müharibədən sonrakı dövrdə mina faciəsi nəticəsində ya həlak olmuş, ya da ağır yaralanmışdır.
Bu il biz Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdik. Bu, azad edilmiş torpaqlarda ikinci hava limanıdır. Üçüncü hava limanı isə maksimum iki ildən sonra istifadəyə veriləcək.
Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də.
Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır.
Azad edilmiş ərazilərdə bizim tarixi binalarımız, o cümlədən məscidlərimiz əsaslı şəkildə bərpa edilir və yenidən inşa olunur. Mən bu rəqəmi səsləndirmişdim, ermənilər işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə-yeksan etmişlər. Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir.
Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir.
Əlbəttə ki, bütün bu nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Əgər bu ilin iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, postpandemiya dövrü üçün nəticələr qənaətbəxşdir. İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə – 130 milyard manata çatıb. Bu, tarixi nailiyyətdir.
Bununla paralel olaraq bizim xarici dövlət borcumuz xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qabaq mən hökumət qarşısında qoymuşdum ki, bizim xarici borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Yəni, biz tamamilə beynəlxalq maliyyə institutlarından asılı deyilik.
Əlbəttə, biz ümid edirik ki, beynəlxalq donor təşkilatları öz diqqətini bizə də istiqamətləndirəcəklər. Çünki bu dərəcədə böyük dağıntılar tarixdə olmayıb. Yəni, Azərbaycan böyük ekoloji fəlakətlə, urbisidlə üzləşib. Ancaq əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bir manat, ya bir dollar kömək etməyiblər. Nəinki donor təşkilatları, heç kim bizə kömək etmir, bütün bərpa işlərini öz hesabımıza aparırıq və aparacağıq.
Bu il energetika sahəsində çox əlamətdar hadisələr baş verib. İlin ortasında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanmışdır. Artıq bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır. Bu ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildi.
Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq və bu, yaşıl enerji olacaqdır. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Artıq biz buna nail oluruq və olacağıq.
Eyni zamanda, Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Mən bu rəqəmləri bu yaxınlarda səsləndirmişdim, təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin potensialı 184 min meqavatdır. Bunun 157 mini Xəzər dənizinin Azərbaycan sektorunda mövcuddur. Yəni, bu, ölkəmizi əvəzolunmaz tərəfdaşa, enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevirəcəkdir.
Biz ənənəvi olaraq regional inkişaf proqramı ilə ciddi məşğul olmuşuq. Mənim regionlara bu il 30 səfərim olubdur, o cümlədən 21 səfər azad edilmiş torpaqlaradır.
Mən bu ili “Şuşa İli” elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. Gələn il isə “Heydər Əliyev İli” elan edilib. Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir.
Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün soydaşlarımızı ənənəvi olaraq səmimiyyətlə salamlayır, onlara uğurlar arzulayıram. Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır.
Əminəm, bu gün xaricdə yaşayan azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladlarıdır.
Bu il Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayı tarixi hadisə idi. Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı.
Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır.
Əziz həmvətənlər.
Mən sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!"
Ayxan
Pompeo: Təzyiqlər davam edərsə, İran rejimi bir neçə ay ərzində süqut edə bilər
Ərdəbildə dəm qazından zəhərlənmə- Ölənlər var
İranda hicaba görə iki iaşə obyekti bağlandı
İranda Ukrayna ilə bağlı iddia- PUA hücumu...
Avstraliya SEPAH-la əlaqəli iki şəxsə sanksiya tətbiq edib
İranın ABŞ ilə saziş bağlamağa hazır olduğuna şübhə edirəm - Tramp
İran iqtisadiyyatı dünyada neçənci yerdədir?- Yeni hesabat
İranın Bəsic qüvvələrinin rəhbəri bu qurumun ideologiyasını dünyaya yaymağa çağırıb
Qərbi Azərbaycanda 1000-dən çox villanın qazı kəsildi
İran MDB-yə qatılır
Süngündə iş qəzasında mühəndis həlak oldu
Milad Armunun edam hökmü ilə bağlı sənədi paylaşan jurnalist saxlanıldı
Qaz çatışmazlığı böhranı: İranda 14 elektrik stansiyası mazut yandırmağa başlayıb
Alkoqol zəhərlənməsi Güney Azərbaycanın qərbinə də yayılıb
Yəmən husiləri Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodunu hədəfə aldı; Ər-Riyadda 11 nəfər yaralanıb
Türkiyədə iranlı narkotik qaçaqmalçıları həbs edildi
Qoşaçayda yeniyetmə qız güllələndi
İranda məhbuslar aclıq aksiyası keçiriblər
İlamda həbs edilənlərin sayı 18-ə çatdı
Təbrizli vəkillər müvvəqqəti sərbəst buraxılıblar
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır