SON XƏBƏRLƏR

İranda xaricdən gətirilən tənəffüs spreylərinin qıtlığı yaranıb

2023.01.09, 12:20
İranda xaricdən gətirilən tənəffüs spreylərinin qıtlığı yaranıb

Gunaz.tv

İran Əczaçılar Birliyinin sədr müavini Seyid Əli Fatimi ölkədə xaricdən gətirilən respirator spreylərin, xüsusilə onların kortikosteroid növlərinin qıtlığı yarandığını deyib.

O, bir neçə aydır bu sahədə yaşanan çatışmazlığın xüsusilə son vaxtlar İranın bir çox şəhərində hava çirkliliyinin artması ilə dahada şiddətləndiyini bildirib.

Bununla yanaşı nevrologiya sahəsində də 60 dərman çatışmazlığı ilə üzləşdiklərini deyən Fatimi, bununla bağlı ölkə prezidentinə məktub ünvanladıqlarını qeyd edib.

Qeyd edək ki, Dərman Sənayesi Sahibləri Birliyinin başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda İranda 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar