SON XƏBƏRLƏR

İran futbol klubları beynəlxalq yarışlardan uzaqlaşdırıla bilər

2023.01.10, 10:29
İran futbol klubları beynəlxalq yarışlardan uzaqlaşdırıla bilər

Gunaz.tv

Bu barədə yanvarın 9-da İran Futbol Federasiyasının başçısı Mehdi Tac xəbərdarlıq edib.

"Əvvəllər klublar qadağa riski ilə üzləşirdi, bundan sonra peşəkarlıq lisenziyaları sənədlərinin saxtalaşdırılması ilə bağlı hər hansı qayda pozuntusu müşahidə olunarsa, klublarla yanaşı, futbol federasiyasının da fəaliyyəti 3 il müddətinə dayandırılacaq", -deyə, Mehdi Tac bildirib.

Qeyd edək ki, Tehranın “İstiqlal” və “Persepolis” klublarının peşəkar lisenziya maddələri ilə bağlı saxta sənədlər təqdim etdiyinə görə iki il əvvəl Asiya Futbol Konfederasiyası tərəfindən fəaliyyəti dayandırılmış və bu qadağa son günlər aradan qaldırılmışdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar