SON XƏBƏRLƏR

ABŞ-də bütün uçuşlar dayandırıldı

2023.01.11, 17:35
ABŞ-də bütün uçuşlar dayandırıldı

Gunaz.tv

Bu barədə FAA-nın “Twitter” hesabında məlumat yayılıb.

“Federal Aviasiya Administrasiyası hava missiyaları bildiriş sisteminin bərpası üzərində işləyir. İndi biz son yoxlamaları aparırıq, həmçinin sistemin yenidən yüklənməsini həyata keçiririk. 

Milli hava məkanı sistemindəki əməliyyatlarda problemlər yaranıb. Biz yeniliklər barədə tez-tez məlumat verəcəyik”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, bu gün (11 yanvar) ABŞ hava limanlarından ümumilikdə 21 464 uçuş planlaşdırılır. Bu reyslərdə 2,9 milyon yer nəzərdə tutulub ki, bu da nasazlığın miqyasını göstərir. (modern.az)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar