SON XƏBƏRLƏR

"Londonda qardaş ölkə üçün səfərbər olmuşuq"- Dünya çempionu Hafiz Baxşəliyev

2023.02.11, 14:35
"Londonda qardaş ölkə üçün səfərbər olmuşuq"- Dünya çempionu Hafiz Baxşəliyev

Gunaz.tv

Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyevin çağırışı ilə Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım toplanıb. H.Baxşəliyev bildirib ki, Həmvətənlərimizin fədakarlığı bizi  qürurlandırır:

"Londonda da qardaş ölkə üçün səfərbər olmuşuq. Burada yaşayan bütün azərbaycanlılar dəstək üçün əlindən gələni edirlər.

Bu qədər etibarlı, düşüncəli, vətənpərvər bir xalqın nümayəndəsi olmaqdan qürur hissi keçirirəm. Heç kim əlindən gələni qardaş ölkə üçün əsirgəmir" .

Qeyd edək ki, qardaş ölkəyə isti geyimlərdən əlavə yastıqlar, yorğan, uşaq bezləri və s. də göndərilib.

Yardım kampaniyası davam edir.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar