SON XƏBƏRLƏR

İranda əfqanıstanlıların təhsilinə qadağa qoyulur

2023.02.20, 11:16
İranda əfqanıstanlıların təhsilinə qadağa qoyulur

Gunaz.tv

Bu barədə İranın "Şərq" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyinin Beynəlxalq Tələbə İşləri üzrə Baş direktoru Cəfər Rəzzaqi Universitetlərin tədris işləri üzrə prorektorlarına yazdığı məktubda əfqanıstanlıların ali təhsil ocaqlarında ad yazdırmalarını dayandırmalarını tələb edib.

İran hökumətinin qoyduğu yeni qaydalarada deyilir ki, əfqanistanlı qaçqın tələbələr universitetlərə daxil olmaq üçün Əfqanıstana dönməli, oradan xarici pasport almalı sonra İrana geri qayıtmalıdırlar.

Qeyd edək ki, son aylar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə "Taliban" hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub. 

Cavidan  

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar