Pakistan-İran sərhəddində silahı qarşıdurma olub
Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik
"Traktor" daha üç xal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
Əhalimiz də çox səbrlidir, istedadlıdır, məntiqlidir. Heç nəyə fikir verən deyil. Qiymət artımına, ay nə bilim su, işıq, qaz, metro, avtobus pulu artdı-artmadı, necə yaşayıblarsa, elə də yaşayırlar. Artımlar elə bil bunlara aid deyil. Dünyada ərzaq qıtlığı yaranır, bizimkilər isə yenə əvvəlki kimi çörəyi çölə atırlar ki, şəhərdə yaşayan inəklər çoxlu süd versinlər.
Axı, bu çörək çölə qoyulmasa, südü, qatığı, süzməni, nə bilim ən pis halda şoru hardan alıb, yeyərlər. Hələ mən dovğanı demirəm. İşığı səhərə qədər "yanıq" qoyur. Düz də edir. Bəs onda "cırtdan" balamız hara gedər? Şəhəri də it-pişik bürüyüb. İt hürən tərəfə getsə onu parçalamazmı, əlbəttə parçalayar. Hələ su işlədənlərə baxın. Səhər-səhər dişlərini yuyub qurtarana qədər su borusundan qırx litr su axır.
Qoy axsın, pulla deyil, hardansa tapıb verəcək. Pis halda gedib kredit götürəcək. Biri yazır ki, çaynikdən (qəfədandan) inqalyasiya aparatı düzəltmişəm. O birisi su pulunu vermək üçün taxta körpünü çırpışdırır. Bu ölkədə hamı bir-birini dolandırır, dövlət baba da hamını bir yerdə. Hamı bir-birindən razıdır. Heç kim etiraz etmir.
Bir-iki nəfər demoqoq var, ağızlarını açan kimi onları da hamı, özü susdurur. İşarə edir ki, imkan verin başımızı, uşaqları dolandıraq. Əsəbləşməyin... düzələr. Dünya əyilə-əyilə, sına-sına düzəlir. Misal da çəkirlər, doxsanıncı illərdə bizləri erməni-rus birliyi sındırdı, indi biz onları. Ta, nə istəyirsiniz?
İstəyirdim xalqımızın səbri haqqında fikirləşim, mövzu özü qapını döydü...
Qapı döyüldü.
-Buyurun, - dedi.
Kabinetin qapısı yavaş-yavaş açıldı. Əvvəlcə bir nəfərin heybətli üzü, sonra isə nataraz vücudu göründü. Üzünə baxıb fikirlədim ki, mənim belə adamlarla heç vaxt biş-düşüm olmayıb, xeyir ola? Ağlıma min cürə fikir gəldi. Nəhayət, onun yekə qarnı birinci içəri girdi. Girən kimi də otaqda xışıltı, boğuq, incik səs eşitdim:
-Mirzə, səni deyib gəlmişəm.
İçimdə güldüm, öz-özümə dedim ki, hamı dəli olanda mollanın üstünə qaçır, bəs molla dəli olanda kimin üstünə qaçsın? Üzünə baxdım. Əsəbdən sağ gözü səyriyirdi. Əlimlə ona yer göstərdim:
-Buyurun əyləşin, səbrlə dərdinizi danışın, -dedim.
Kişi sanki partladı, elə bildim döyüş bölgəsindəyəm. Qulağımın dibindən Aqil Abbasın "Dolu"su, rusların "Qrad"ı vıyıldayıb keçdi.
Oturmamış:
-Rəhmətliyin oğlu, bizdə səbr qoyublar ki, səbrlə danışım, - dedi və hirslə zərif, dizaynlı stulu nataraz vücudunun altına çəkdi və birdən fərqində oldu ki, hara gəlib.
Səsinin tonunu dəyişdi.
- Bağısla, Mirzə.
Onu sakitləşdirdim:
-Əsəbləşmə, düzələr. Şikayətin nədəndir?
-Tıxaclardan, sudan, qazdan, nə bilim e.., hər şeydən, - deyib pencəyinin döş cibindən dördqat bükülmüş saralmış üç vərəq çıxardıb mənə uzatdı. Nuh əyyamından qalmış sarı vərəqləri əlimə alanda başa düşdüm ki, onun yazı-pozu ilə arası yoxdur. İndi zəmanə kağız-kitab zəmanəsi deyil, hamı texnika ilə dolanır. Özümü o yerə qoymadım, vərəqlərə ötəri göz yetirdikdən sonra soruşdum:
-Dərdini vərəqlərə necə ahla yazmısansa sapsarı saralıb, yaxşı ki, alışıb yanmayıb. İndi də dərdini dilinin ucuna gətirib danış, amma elə et ki, dilin də bu vərəqlər kimi saralmasın.
O atmacaları anladı, özünü bir az da yığışdırdı.
-Mirzə, bu tıxaclar məni əsəb xəstəsinə çevirib. Əsəbdən gözüm də səyirib. Əldən düşmüş bir maşınım var. Ona benzin, özümə də dərman çatdıra bilmirəm. İstəyirəm bu şogərib maşını qainin (DYP) qarşısında yandırım. Mən də onlardan belə intiqam alım. Ay, Mirzə, belə şey olar? Bir də görürsən, polis yolda durub əlindəkini "ağacı" fırladaraq guya maşınların gedişini tənzimləyir.
İşıqfor işləyə-işləyə sən niyə yolu tənzimləyirsən? Dərhal da tıxac yaranır. Üç dəqiqəyə gedən yolu bir saata gedib çıxa bilmirsən. Belə dərd olar? Hələ təzə bir xəstəlik də tapmışam. Yol polisi görəndə bədənim qaşınmağa başlayır. Hələ, o trassdakı kameraları demirəm. A Mirzə, Bakı-Şamaxı yolunda, yüz iyirmi kilometrlik bir yolda 45-50 kamera olar? Sürət nişanı 110 qoyulub, təzəcə ayağını qaza basırsan, görürsən ki, sürət doxsandır.
Etiraz eləyəndə də, otuz beş nöqtə bir maddəsini gözümə soxur, deyir dövlət mənəm. Elə danışırlar ki, elə bil dövlət doğurdan bunlardır.
Birnəfəsə istədiyini deyib susdu, amma bildim ki, hələ hamısını deməyib.
Uzaqdan başladım:
-De görüm, zolaqlı işarədə piyadalara fikir verməyib, sürüb keçmisən?
Bir qədər duruxub dilləndi:
-Hə, olub, belə şeylər. Özü də axır zamanlar əsəbdən tez-tez təkrarlayıram.
-Bax, görürsən, sən qaydanı pozursan, o da səndən belə intiqam alır. - Şəstlə dedim, - həm də məsələyə bir az qlobal bax, təkcə özünü fikirləşmə, bu məmləkətdə səndən başqa insanlar da var, onlar da dolanmaq, ailələrinə bir tikə çörək aparmaq istəyirlər.
-Necə?
Duruxa-duruxa sual verdiyindən başa düşdüm ki, bunu natarazı sözlə sağaltmaq olar.
-Bax, - dedim. Yolda tıxac yaranır, sən də çoxlu benzin işlədirsən. Bəs bu benzini kimlər hazırlayır. - Özüm də cavab verdim. - Əlbəttə, neftayırma zavodunun işçiləri. Onlar da plan verməlidirlər ki, normal əmək haqqı alsınlar. Bəs benzin nədən alınır? Neftdən "Hələ mən yanacaqdoldurma stansiyalarında, neftçıxarma birliklərində işləyən minlərlə insandan danışmıram.
Gör nə qədər insana çörək verirsən. Tıxac yarandı, sən də əsəbləşdin, xəstələndin. Gedirsən həkimə. O da dərman yazır, aptekə göndərir. Onlar da dolanırlar. Həkimlər, aptekçilər sənin kimi əsəb xəstəliyi olanlardan ruzisini almasın, bəs neyləsin? Məsələyə qlobal baxmaq belədir. İndi mən deyə bilmərəm ki, yol polisləri, yanacaqdoldurma stansiyalarının rəisləri, həkimlərlə danışıb bunu düşünülmüş edirlər.
Günaha bataram. Belə şeylərə görə əsəbləşmə... düzələr...
Deyəsən məntiqli sözlərim onu inandırdı. Gözünün səyirtisi dayandı. - Bax, qaz, su, işıq və başqa sferalara da qlobal bax. Bu tıxaclar xalqa səbrli olmağı öyrədir. Tıxac başlanan kimi telefonla başını qatır. Telefon da səbr daşı deşir.
Səbrli ol, əsəbləşmə. Mənim evimdə qaz kəsildi, sonra dörd saat hava verildi. Heç əsəbləşmədim, amma ayın axırında gördüm ki, beş aylıq qaz sərfiyyatını bir ayda "yeyib" qurtarmışam - 900 kubmetr. Ayın axırında cibimin "daraldığını" gördüm. Bikefləndim, amma əsəbləşmədim.
Baxdım ki, mən danışdıqca bu nataraz oturduğu stulda yumağa dönür, ancaq əlinin arxasını yerə qoymaq istəmir.
-Yaxşı, Mirzə, məni bu məsələdə inandırdın, amma bir də görürsən ki, yol polisləri körpülər altında tez-tez gözləmə nişanlarını dəyişirlər. Bilirsən ki, yol sənindir. Körpünün altından keçirsən, səni saxlayır ki, bəs yol qaydalarını pozmusan. Bu gecə nişan dəyişib. Niyə, nə dəyişdi?
Özümə təsəlli verib gülə-gülə dilləndim:
-Rəhmətliyin oğlu, bu qədər düz işimizin içində deyirsən bir əyri işim olmasın? Onlar da dolanmalıdırlar, ya yox? Ayağa durdum. - Nataraza əl verib dedim... - Əsəbləşmə, bu da, kameralar da düzələcək.
Günaz.TV
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranda ayaqqabı təmirçilərinin sayı artıb
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Tehranda Azərbaycana qarşı aksiya keçirilib