SON XƏBƏRLƏR

İranlı qadınlara "Madlen Olbrayt" mükafatı verildi

2023.03.09, 10:29
İranlı qadınlara "Madlen Olbrayt" mükafatı verildi

Gunaz.tv

Ağ Evdə Beynəlxalq Cəsarətli Qadın Mükafatlarının təqdimetmə mərasimi keçirilib və bu mərasimdə ABŞ Dövlət Departamentinin başçısı Antoni Blinkin və ABŞ-ın BMT-dəki nümayəndəsi Tomas Qrinfild çıxış ediblər.

"Biz İran rejiminin dinc etirazçılara qarşı dəhşətli zorakılıqla reaksiya verdiyini heç vaxt unutmayacağıq. Beynəlxalq ictimaiyyətdən İrana qarşı hərəkətlərimizi birləşdirməyi istəyirik",- Qrinfild bildirib.

Antoni Blinkin isə iranlı qadınları bu mükafatı ilk dəfə kollektiv şəkildə alan ilk qrup olduğunu deyib. 

Bununla yanaşı ABŞ prezidenti Co Bayden də  8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə yaydığı bəyanatda Tehran rejiminin qadınların səsini vəhşicəsinə boğduğunu deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar