SON XƏBƏRLƏR

Finlandiyada parlament seçkilərində müxalifət qalib gəlib

2023.04.03, 08:19
Finlandiyada parlament seçkilərində müxalifət qalib gəlib

Gunaz.tv

Bu barədə ölkənin Ədliyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, səslərin 99,6%-nin hesablanmasından sonra Petteri Orponun rəhbərlik etdiyi müxalif Koalisiya Partiyası 20,8% səslə liderdir.

Müxalif “Əsl Finlər” 20%, hakim Sosial Demokrat Partiyası 19,9%, “Mərkəzçilər” 11,3% səs toplayıb.

Orpo artıq qələbəni və hökumət koalisiyasının yaradılması üçün digər partiyalarla danışıqlara başladığını elan edib.

Seçkilərdə məğlub olduğunu etiraf edən Sanna Marin deyib: "Demokratiya öz sözünü dedi".

Seçkilərin rəsmi nəticələri aprelin 5-də təsdiqlənəcək. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar