SON XƏBƏRLƏR

İsrail Fransa ilə birlikdə İranın nüvə proqramına qarşı mübarizə aparacaq

2023.04.04, 12:46
İsrail Fransa ilə birlikdə İranın nüvə proqramına qarşı mübarizə aparacaq

Gunaz.tv

Bunu İsrailin XİN başçısı Eli Koen Çexiyaya səfəri öncəsi mediaya verdiyi açıqlamada bildirib.

İsrailin xarici işlər naziri bəyan edib ki, İsrail Fransa ilə birgə Beynəlxalq Atom Enerjisi Agentliyini Qəyyumlar Şurasının növbəti iclasında İrana qarşı mövqeyini gücləndirmək üçün təsir etmək istəyir.

"Qərb ölkələrinin koordinasiyalı şəkildə qəti və sürətli addımları, ciddi sanksiyalar İran hökumətinin siyasətində dəyişikliklərə səbəb ola bilər",-nazir bildirib.

Koen həmçinin bildirib ki, o, ABŞ, Fransa, Almaniya və İngiltərədən olan həmkarları ilə birgə MAQATE-ni iyunda keçiriləcək iclasda İrana qarşı təcili addımlar atmağa sövq etmək üçün görüşüb və ya məsləhətləşib.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar