SON XƏBƏRLƏR

“Çin Ukrayna münaqişəsinin həllində mühüm rol oynaya bilər”- Makron

2023.04.05, 14:44
“Çin Ukrayna münaqişəsinin həllində mühüm rol oynaya bilər”- Makron

Gunaz.tv

“Zaman tələb edir ki, Avropa dövlətləri Ukrayna münaqişəsinə təsir etmək imkanına malik olan Çinlə strateji tərəfdaşlığı bərpa etsinlər. Rusiya ilə yaxın münasibəti olan Çin Ukraynadakı münaqişədə] mühüm rol oynaya bilər”, – Makron bildirib.

Eyni zamanda, Fransa lideri qeyd edib ki, Qərb Çinin siyasi sistemini bölüşmür, lakin bu cür rəqabət orada tamamilə qəbulediləndir.

Makron aprelin 5-də Çinə dövlət səfərinə gedib. Fransa prezidenti üç gün Çində qalacaq.

Onun Çin sədri Si Cinpinlə danışıqları və işçi naharı, həmçinin Baş nazir və parlament sədri ilə danışıqları nəzərdə tutulub. (azpost)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar