SON XƏBƏRLƏR

Rusiyada silahlı toqquşma: polislər öldürüldü

2023.04.06, 15:09
Rusiyada silahlı toqquşma: polislər öldürüldü

Gunaz.tv

Bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, toqquşmalar zamanı 3 polis əməkdaşı öldürülüb, daha 7 nəfər isə yaralanıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Rosqvardiya və İnquşetiya Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə səhər saatlarından etibarən silahlıların olduğu Zyazikov-Yurt kəndini mühasirəyə alıblar.

Qeyd edək ki, martın 27-də Nazran şəhəri yaxınlığında silahlıların polis postunu atəşə tutması nəticəsində bir polis əməkdaşı yaralanmışdı. (axar)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar