SON XƏBƏRLƏR

Yaponiyada hərbi helikopter radarlardan yoxa çıxdı

2023.04.06, 21:16
Yaponiyada hərbi helikopter radarlardan yoxa çıxdı

Gunaz.tv

Bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamaya görə, Quru Özünümüdafiə Qüvvələrinə aid hərbi helikopter Okinava əyalətinin Miyakojima adasının 18 kilometr cənub-qərbində yerli vaxtla saat 16:30 radələrində radarlardan yoxa çıxıb.

Quru Özünümüdafiə Qüvvələrinin Kumamoto əyalətindəki Takayubaru hərbi bazasına məxsus “UH-60JA” tipli çoxməqsədli helikopterdə 2 pilot, 2 texniki işçi və 6 şəxsi heyət olub.
Helikopterin axtarış-xilasetmə işləri davam edir. (oxu/az)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar