SON XƏBƏRLƏR

"Xalq hökumətdən üz döndərib"- Zahidanın cümə imamı

2023.04.08, 11:49
"Xalq hökumətdən üz döndərib"- Zahidanın cümə imamı

Gunaz.tv

O, cümə namazı çıxışı zamanı vətəndaşların əksəriyyətinin hakimiyyətin idarəçiliyindən narazı olduğunu və sistemin dəyişdirilməsi üçün referondum keçirilməsini istədiklərini vurğulayıb.

Cümə imamı deyib ki, ağır məişət problemləri ilə üzləşən xalq ancaq öz ciblərini doldurmaqla məşğul olan məsullara ehtiyac duymur.

Əbdülhəmid bildirib ki, gündəlik çörək pulunu tapa bilməyən və ev kirayəsini ödəməkdə aciz olan insanların bu duruma düşməsinin əsas səbəbkarı 40 ildən çoxdur hakimiyyətdə olan hazırkı sistemdir. 

Din xadimi son vaxtlar bir neçə nazir və məmurun dəyişdirilməsi kimi əhəmiyyətsiz addımlarla ilə ölkədə problemlərin həllinin mümkün olmadığını söyləyib.

Ölkədə baş verən bir neçə aylıq etiraz aksiyalarında 500-dən çox insanın öldürüldüyünü deyəm din xadimi hökuməti məhbus etirazçıları sərbət buraxmağa çağırıb.

Etirazın vətəndaşların haqqı olduğunu söyləyən Moləvi Əbdülhəmid İran hökumətinin məcburi icaba görə qadınlara qarşı davranışını insanlığıa hörmətsizlik adlandırıb.

"Rəhbərlik bilməlidirlər ki, ölkəni indiki idarəçilərlə idarə etmək mümkün olmayacaq",- Moləvi Əbdülhəmid bildirib.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar