SON XƏBƏRLƏR

“Azərbaycan döyüş meydanında türkün gücünü bütün dünyaya göstərdi”- Çavuşoğlu

2023.04.10, 11:08
“Azərbaycan döyüş meydanında türkün gücünü bütün dünyaya göstərdi”- Çavuşoğlu

Gunaz.tv

O vurğulayıb ki, Azərbaycan müharibəyə başladı və döyüş meydanında türkün gücünü bütün dünyaya göstərdi, işğal edilmiş torpaqlarını azad etdi.

M.Çavuşoğlu söyləyib ki, Türkiyənin daxildə bəzi qüvvələr İkinci Qarabağ müharibəsi dövründə Ankaranın Azərbaycana kömək etdiyini deyirlər: “Belə fikirlər söyləyənlər oldumu? Oldu. Həmin şəxslər müxalifət partiyalarının rəhbərliyində təmsil olunurlarmı? Olunurlar”.

XİN başçısı deyib ki, Türkiyə artıq həm oyun quran, həm də Türkiyəyə qarşı hesablanmış oyunların qarşısını alan bir dövlətdir: “Biz təkcə regional yox, həm də qlobal siyasi aktoruq. Türkiyə və türk milləti hər zaman çətinə düşən, köməyə ehtiyacı olanın yanında olub.

Dəstəklərinə görə təşəkkür etdiklərimiz də eyni şeyi deyirlər. Söyləyirlər ki, hər zaman Türkiyə gələrdi, indi biz gəldik. Bizə dəstək olan ölkələrə bir daha təşəkkür edirəm". (report)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar