SON XƏBƏRLƏR

İranda koronavirusun yeni dalğası başlanıb

2023.04.10, 14:35
İranda koronavirusun yeni dalğası başlanıb

Gunaz.tv

Bu barədə açıqlama verən səhiyyə naziri Bəharm Eynullahi səkkizinci dalğanın aprelin sonuna kimi davam edəcəyini bildirib.

Səhiyyə nazirinin müavini Səid Kərimi isə gündəlik 13 min nəfəri koronavirusa yoluxma səbəbindən tibb ocaqlarına müraciə etdiyini söyləyib.

Qeyd edək ki, rəsmi statistikalara görə, son 3 il ərzində İranda koronavirusdan ölənlərin sayının 145 min nəfərdən çox olduğu bildirilib.

Ancaq bəzi səhiyyə ekspertləri İran Səhiyyə Nazirliyinin verdiyi statistik məlumatları etibarsız hesab edib, xüsusən də virusdan ölənlərin faktiki sayının rəsmi rəqəmdən 3-4 dəfə çox olduğunu bildiriblər.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar