SON XƏBƏRLƏR

4 ay mübarizədən sonra güneyli uşağa kimlik vəsiqəsi verilib

2023.04.10, 14:53
4 ay mübarizədən sonra güneyli uşağa kimlik vəsiqəsi verilib

Gunaz.tv

Bu barədə körpənin atası Hamid Allahverdi özünün sosial media səhifəsində paylaşım edib.

O, bundan öncə İran Qeydiyyat İdarəsinin adının türkcə olduğuna görə övladına sənəd verməkdən imtina etdiyini yazıb.

Allhverdi bildirib ki, Şərqi Azərbaycan Vəkillət Kollegiyasının üzvü Əsgər Məhəmmədinin səyləri nəticəsində Elanaya kimlik vəsiqəsi ala biliblər.

Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildiriblər.

 İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar