SON XƏBƏRLƏR

"30 illik işğal dövründə düşmən Qarabağda total ekosid törədib" - Prezidentin nümayəndəsi

2023.04.11, 14:59
"30 illik işğal dövründə düşmən Qarabağda total ekosid törədib" - Prezidentin nümayəndəsi

Gunaz.tv

O qeyd edib ki, işğal dövründə Azərbaycanın doqquz şəhəri yerlə-yeksan edilib, 50 min hektardan çox meşə fondu qırılıb və total ekosid törədilib.

"Təbiətimizə dəyən bu zərəri uzun illər bərpa etməli olacağıq. Bu istiqamətdə də məqsədyönlü iş gedir. Bu gün Ağdam Sənaye Parkının yanında ümumi ağacəkmə və yaşıllaşdırma tədbirini həyata keçirdik. Bir hektarı əhatə edən ərazidə 500 iynəyarpaqlı ağac əkildi. 

Ümid edirəm ki, Qarabağ, Ağdam şəhəri "yaşıl şəhər" kimi bərpa olunacaq", - deyə E.Hüseynov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Ağdam könüllülərinin iştirakı ilə Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib. (trend.az)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar