SON XƏBƏRLƏR

Ərəb Liqası Suriya ilə bağlı razılığa gələ bilmədi

2023.04.15, 12:49
Ərəb Liqası Suriya ilə bağlı razılığa gələ bilmədi

Gunaz.tv

Bu barədə SPA agentliyi məlumat yayıb.

Nazirlər Suriyadakı humanitar böhranın həllinin və humanitar yardımın bütün bölgələrə çatdırılması üçün şərait yaradılmasının vacibliyini bir daha təsdiqləyiblər.

XİN başçıları qaçqınların öz yaşayış yerlərinə qaytarılması və ölkədə vəziyyətin sabitləşməsi üçün tədbirlərin görülməsinin vacibliyini bəyan ediblər. Ancaq yekun bəyanatda Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasından bəhs edilmir.

Qeyd edək ki, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Suriyanın Ərəb Liqasına qaytarılmasının mümkünlüyü ilə bağlı mövqeni razılaşdırmaq üçün Ciddədə iclas keçirib. Ərəb Liqasının sammiti mayın 19-da Ər-Riyadda keçiriləcək.

"Reuters" bildirir ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud Suriya prezidenti Bəşər Əsədi sammitə dəvət etməyi planlaşdırır. (modern)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar