SON XƏBƏRLƏR

Erməni deputat: Azərbaycanlılar bizdən daha mədənidir

2023.04.20, 11:02
Erməni deputat: Azərbaycanlılar bizdən daha mədənidir

Gunaz.tv

Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Erməni deputat qeyd edib ki, azərbaycanlılar həmişə ermənilərdən daha mədəni olub.

“Azərbaycan heç vaxt öz ölkəsində bayrağımızı yandırmayıb, bizdən daha mədəni olub. Bu gün isə bayraq yandıran bir axmağı alqışlamaq, vətənpərvər addım atdığını bəyan etmək gülüncdür”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, aprelin 14-də İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib.

Belə ki, səhnəyə çıxan erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb. O, polisə aparılsa da, bir neçə saat sonra sərbəst buraxılıb. Rəsmi Bakı hadisəyə sərt reaksiya verib və təxribatçının cəzalandırılmasını tələb edib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar