SON XƏBƏRLƏR

125 britaniyalı parlamentari SEPAH-ı terrorçu kimi tanımağı tələb etdi

2023.04.20, 11:56
125 britaniyalı parlamentari SEPAH-ı terrorçu kimi tanımağı tələb etdi

Gunaz.tv

SEPAH-ın Yaxın Şərqdəki dağıdıcı fəaliyyətinə toxunan bu nümayəndələr təşkilatın yaratdığı təhlükəsinin artdığını və Britaniyada terror əməliyyatlarına cəhd göstərdiyi qeyd ediblər.

Qeyd olunub ki, əsas narahatlıq doğuran məsələ Britaniyada terror planlarının açıqlanması, cinayətkar dəstələr tərəfindən ölkənin yəhudi vətəndaşları haqqında məlumatların toplanmasıdır.

Həmçinin Britaniyada jurnalistlərin təhdid olunması və bu ölkənin İslam mərkəzlərində ekstremizmin təbliği parlament üzvlərinin məktubunda qeyd olunan narahatlıqlardandır.

Məktubda Britaniyanın Fransa, Yunanıstan və Almaniya kimi Avropa Birliyindəki müttəfiqlərinin də torpaqlarında İrandan oxşar təhdidlər aşkar edildiyinə diqqət çəkilib və SEPAH-ın hətta Avropaya narkotik qaçaqmalçılığı ilə məşğul olduğu qeyd edilib.

Qeyd edək ki, Vəhid Beheşti adlı siyasi fəal və qaçqın SEPAH-ın terrorçu qruplar siyahısına salınması tələbi ilə 56 gündür Britaniya Xarici İşlər Nazirliyinin qarşısında aclıq aksiyası keçirir.

Britaniyalı nümayəndələrin məktubu eyni halda bu siyasi fəala dəstək məqsədi daşıyır.

Günaz.TV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar