SON XƏBƏRLƏR

MN Ermənistana xəbərdarlıq edib - VİDEO

2023.04.21, 16:38
MN Ermənistana xəbərdarlıq edib - VİDEO

Gunaz.tv

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, aprelin 21-i səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat vasitələrini daşıyan hərbi avtomobil texnikasının növbəti dəfə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkəti texniki vasitələrlə müşahidə olunub.

Bildiririk ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistan tərəfindən canlı qüvvə, silah-sursat, o cümlədən minaların daşınması və bu xüsusda yeni keçid yollarının müəyyən edilməsi cəhdləri üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması ilə yanaşı bölgədə gərginliyin artmasına və ermənilərin yeni təxribatlarına zəmin yaradır.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar