SON XƏBƏRLƏR

Güney Azərbaycanda ekofəallar Urmu gölü ilə bağlı aksiya keçiriblər

2023.04.22, 14:03
Güney Azərbaycanda ekofəallar Urmu gölü ilə bağlı aksiya keçiriblər

Gunaz.tv

Aprelin 21-də Güney Azərbaycanın müxtəlif bölgələrindən olan bir qrup ekofəal Urmu gölünün qurumuş yatağı üzərində aksiya keçiriblər.

"Urmu gölü bərpa edilməlidir", "Bəndləri açın 15 milyon insanın həyatı təhlükə altındadır" məzmunlu plakatlar qaldıran ətraf mühit fəalları vətəndaşların diqqətini ekoloji problemə cəlb etmək istəyiblər.

Qeyd edək ki, Urmiya gölünün su həcmi göl qurudulmamışdan öncə ortalama 17.28 milyard kubmetr olmasına baxmayaraq, hazırda göldə mövcud olan su həcmi 2 milyard kubmetrə yaxındır.

content_image_1682136593.jpg

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar