SON XƏBƏRLƏR

İranda bayram günlərində baş vermiş yol qəzalarında 166 nəfər ölüb

2023.04.24, 10:49
İranda bayram günlərində baş vermiş yol qəzalarında 166 nəfər ölüb

Gunaz.tv

İranda 3 günlük orucluq bayramı tətillərində baş verən yol qəzaları nəticəsində 166 nəfər ölüb, 1600 nəfər isə yaralanıb.

Bu barədə İran Yol Polisi İdarəsinin rəisi Həsən Mömüni mediaya verdiyi açıqlamasında bildirib.

Bundan bir müddət öncə iki həftəlik yaz bayramı tətillərində isə İran yollarında baş verən qəzalar nəticəsində 871 nəfər həyatını itirib.

Qeyd edək ki, bundan əvvəl hətta bir neçə İran rəsmisi ölkədə baş verən avtomobil qəzalarının çoxuna yerli istehsal olan avtomobillərin keyfiyyətsizliyinin səbəb oduğunu deyiblər.

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf millət vəkillərinin tənqidlərinə cavab olaraq, ölkədə avtomobil istehsalının ciddi çatışmazlıqları olduğunu etiraf edib.

Son illər İran vətəndaşları bu ölkədə istehsal edilən yerli avtomobillərə "hərəkət edən tabut" adı veriblər.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar