SON XƏBƏRLƏR

"Krım tatarlarına ən böyük dəstək Ərdoğan tərəfindən olunub"-Mustafa Krımoğlu

2023.04.24, 11:16
"Krım tatarlarına ən böyük dəstək Ərdoğan tərəfindən olunub"-Mustafa Krımoğlu

Gunaz.tv

Bunu Ukraynanın xalq deputatı, Krım Tatar Milli Hərəkatının lideri Mustafa Cəmilev (Krımoğlu) bildirib.

Onun sözlərinə görə, Krım tatarları Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana uğurlar arzu edirlər:

“Bizim Türkiyəyə ilk ziyarətimiz zamanı ölkə lideri Turqut Özal idi. Həmin tarixdən sonra Türkiyənin bütün ölkə başçıları ilə görüşlərim olub. Onlar Krım tatarlarına əllərindən gələn dəstəyi göstəriblər.

Ən böyük dəstəyi isə Rəcəb Tayyib Ərdoğanın lider olduğu dövrlərdə hiss etmişik. Onun Türkiyənin Baş naziri olduğu zaman verdiyi dəstəyin Krım tatar xalqına çox köməyi oldu.

Prezident olandan sonra da bizim Ərdoğanla görüşlərimiz sıx xarakter alıb və indi də davam edir”.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar