SON XƏBƏRLƏR

"Nüvə danışıqları bərpa edilmədən Tehran-Riyad iqtisadi əlaqələri mümkün deyil"-Ekspert

2023.04.24, 14:52
"Nüvə danışıqları bərpa edilmədən Tehran-Riyad iqtisadi əlaqələri mümkün deyil"-Ekspert

Gunaz.tv

O, İran və Səudiyyə Ərəbistanının yaxınlığıı iqtisadi və ticari aspektlərdə deyil, daha çox diplomatik sahədə olduğunu söyləyib.

"Əgər İran region ölkələri ilə yeni hərtərəfli əlaqələr qurmaq istəyirsə, ilk növbədə nüvə razılaşması barədə danışıqlar bərpa edilməlidir",- Beygdeli söyləyib.

Professor bildirib ki, danışıqlar bərpa edilmədiyi, beynəlxalq bank və maliyyə şəbəkəsinin açılmadığı müddətcə Səudiyyə Ərəbistanının İrana hər hansı bir investisiya qoyması baş tutmayacaq.

"Amerikalıların təklif etdiyi müvəqqəti razılaşma problemlərimizi həll etməsə də, ümid pəncərəsi ola bilər.

Bir çox iqtisadi düyünlərimiz və ticarət əlaqələrimiz yalnız nüvə razılaşması ilə açılacaqdır",- Əli Beygdeli qeyd edib.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar