SON XƏBƏRLƏR

Azərbaycan orbitə yeni peyk göndərir - Rəsmi

2023.04.26, 15:14
Azərbaycan orbitə yeni peyk göndərir - Rəsmi

Gunaz.tv

Bu barədə "Azərkosmos"dan bildirilib.

"Danışıqlar davamlı prosesdir və ölkəmiz və müştərilərimiz üçün ən uyğun seçim edilənə qədər davam edəcək. Ümumiyyətlə, yeni peykin hazırlanması və istismara verilməsi prosesindən əvvəl əsaslı şəkildə araşdırma tələb olunur.

Peyk xidmətlərində müştərinin yenilik, dəyişiklik, uyğun qiymət, satış sonrası dəstək, innovativlik kimi tələbləri var. Bu gözləntilər daim dəyişir və yenilənir”, - cavabda deyilir.

Bildirilir ki, eyni zamanda peykin orbitə buraxılmasından əvvəl gələcəkdə yeni peyk layihəsindən ölkəmizin əldə edə biləcəyi iqtisadi və qeyri-iqtisadi faydaları və səmərələri öyrənilir.

Xatırladaq ki, hazırda Azərbaycanın "Azerspeys-1" və "Azerspeys-2" telekommunikasiya peykləri fəaliyyət göstərir. "Azərkosmos" kommersiya fəaliyyətinə başladığı bu 10 il ərzində "Azerspeys-1", "Azerspeys-2" və "Azersky" peyklərimizin xidmətlərindən 500 milyon manat gəlir əldə edib. (axar)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar