SON XƏBƏRLƏR

Rusiyada dəhşətli yanğın: 178 ev yandı

2023.04.26, 15:50
Rusiyada dəhşətli yanğın: 178 ev yandı

Gunaz.tv

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Bölgədə altı iri yanğın baş verib. Yanğınsöndürənlərin səyi nəticəsində Tayojnı və Sosva qəsəbələrində 1200-dən çox yaşayış binası yanğından mühafizə olunub. Eyni zamanda, yanğınlar nəticəsində 178 bina, o cümlədən 134 yaşayış binası yanıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Sosva stansiyasında meşə materiallarının olduğu vaqonlar da yanıb, dəmir yolu infrastrukturunun bir hissəsinə ziyan dəyib.

Yanğının geniş yayılmasına quru otlar və saniyədə 20 metr sürətlə əsən külək səbəb olub.

Yanğın nəticəsində Sosvada 1 nəfər ölüb. (axar)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar